Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Qarabağ" - "Frayburq" oyunundan öncə "atlılar"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı noyabrın 2-i saat 18/45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
"Football-plus.az" xəbər verir ki, 19.15-də isə media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.
“Frayburq”un mətbuat konfransı noyabrın 2-də Bakı vaxtı ilə 11.45-də başlayacaq. Rəqib komandanın açıq məşqi (ilk 15 dəqiqə) isə noyabrın 2-də saat 21.30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
"Qarabağ" - "Frayburq" matçı noyabrın 3-də keçiriləcək.