Kevin De Bruyne gələcəyi ilə bağlı qərar verib.
Böyük Britaniya mətbuatının xəbərinə görə, “Mançester Siti”nin belçikalı futbolçusu klubu ilə müqaviləsini yeniləmək və karyerasını 35 yaşında başa vurmaq variantını nəzərdən keçirir. De Bruyne MS-də 2015-ci ildən çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2025-ci ilin yayında sona çatacaq.
Kevin bu mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb, 2 qol vurub və 8 məhsuldar ötürmə edib.