Kevin de Brüyne üçün acınacaqlı hal

10.06.2023 23:59 230
Çempionlar Liqası
"Mançester Siti" bu gün keçirilən Çempionlar Liqasının finalında "İnter"lə matçda ciddi itki ilə üzləşib.

"Football-plus.az" xəbər verir ki, komandanın yarımmüdafiəçisi Kevin de Brüyne 36-cı dəqiqədə zədələnib. Oyuna davam edə bilməyən belçikalı futbolçu Fil Fodenlə məcburi əvəzlənib.

Qeyd edək ki, Kevin de Brüyne 2021-ci ildə “Çelsi”yə qarşı ÇL-in final matçında da zədə almış və 60-cı dəqiqədə əvəzlənməli olmuşdu.