Kevin De Bruyne uğurla əməliyyat olunub

19.08.2023 23:11 238
Dünya futbolu
“Mançester Siti”nin zədəli oyuçusu ilə bağlı növbəti xəbər yayılıb.

Kevin De Bruyne uğurla əməliyyat olunub. Belçikalıya ötən həftə dizaltı vətərinin qırılması diaqnozu qoyulmuşdu. 32 yaşlı futbolçu premyer-liqanın 1-ci turunun “Bernli” ilə avqustun 11-də keçirilən oyununda (3:0) zədələnmişdi.

Kevinin yaxın günlərdə bərpa proqramına başlayacağı xəbər verilir. Onun bir neçə ay futbolsuz qalacağı bildirilir.