De Bruyne – Messi bərabərliyi

9.04.2023 17:10 269
Dünya futbolu
Premyer-liqanın “Sauthempton” ilə oyunu Kevin De Bruyne üçün əlamətdar olub.

“Football-plus.az” xəbər verir ki, “Mançester Siti”nin 4:1 hesabı ilə qalib gəldiyi matçda hesabı açan Erlinq Holanna məhsuldar ötürmə edib. Belçikalı yarımmüdafiəçi bununla da cari mövsümdə premyer-liqada 14-cü dəfə assist edib. 31 yaşlı Kevin bu mövsüm İngiltərə çempionatında 27 oyuna 5 qol vurub.

O, Avropanın 5 aparıcı liqasında məhsuldar ötürmə sayında PSJ-nin hücumçusu Lionel Messi ilə birgə liderdi.