Cəlalın komandası mübarizəni dayandırdı

29.02.2024 11:40 171
Dünya futbolu
Millimizin üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" Bolqarıstan kubokunda 1/4 final oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda SSKA-nın (Sofiya) qonağı olub. "Arda" rəqibinə 0:1 hesabı ilə uduzub. Bununla da Cəlalın komandası kubokda mübarizəni dayandırıb.

Oyundakı yeganə qolu 18-ci dəqiqədə Amos Yoqa vurub.

Cəlal da bu matçda iştirak edib. Müdafiəçi meydana start heyətdə çıxıb və sona qədər oynayıb.