Cəlal oynadı, komandası qalib gəldi

12.11.2023 13:55 195
Dünya futbolu
Millimizin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi "Arda" Bolqarıstan çempionatında növbəti matçını keçirib.

"Football-plus.az" xəbər verir ki, adıçəkilən klub 17-cu turda "Beroe"ni qəbul edib.

"Arda" bu görüşü 1:0 hesablı qələbə ilə başa vurub. Cəlal meydana start heyətində çıxıb və sona qədər oynayıb.

"Arda" 28 xalla turnir cədvəlində 5-ci pillədədi.