Cəlalın komandasından qələbə

12.08.2023 10:53 223
Ölkə futbolu
Bolqarıstan çempionatında 5-ci turun oyunları keçirilib.

“Football-plus.az” xəbər verir ki, yığmamızın üzvü Cəlal Hüseynovun çıxış etdiyi "Arda" da növbəti matçına çıxıb. Komanda öz meydanında Sofiya "Lokomotiv"i ilə qarşılaşıb. Görüş “Arda”nın qələbəsi ilə nəticələnib - 1:0.

Həmyerlimiz oyuna ehtiyat oyunçular skamyasında başlayıb. O, 81-ci dəqiqədə meydana daxil olub.