• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Lautaro Martines Meatsanın yolu ilə gedir

Dünya futbolu

20-02-2024, 21:0

A seriyasında 25-ci turda qeydə alınan nəticələrdən sonra çempionluq uğrunda mübarizədə intriqa bir qədər də zəiflədi. Bunun səbəbi lider “İnter”in növbəti qələbəsini qazanması, “Yuventus”la “Milan”ın isə xal itirməsi ilə bağlıdı.

"Football-plus.az" xəbər verir ki, “İnter” turdan-tura mövqeyini gücləndirir. Əsas izləyiciləri ilə müqayisədə bir oyun az keçirən Simone İnzaqinin komandası “Salernitana” ilə matçda skudettoya ən real namizəd olduğunu hər planda sübut etdi. Doğrudu, rəqib A seriyasında sonuncu yeri tutur. Amma milanlıların aşkar autsayderə bir qədər rəhm etdiklərini də qeyd etməliyik. Gözlənildiyi kimi, “qara-göylər” evdə salernoluları məğlub etməkdə çətinlik çəkmədi. İlk hissədə üç cavabsız qol vuran lider nəticəni praktiki cəhətdən müəyyənləşdirdi. İnzaqinin Çempionlar Liqasının (ÇL) 1/8 finalının “Atletiko” ilə ilk oyununu düşünərək aparıcı futbolçuları fasilədən sonra əvəzləyəcəyi gözlənilirdi. Buna baxmayaraq, onun komandası ikinci hissədə də meydanda “ağalıq etdi”. Son dəqiqələrdə Arnautoviçin vurduğu qol milanlıların 4:0 hesablı qələbəsini rəsmiləşdirdi. A seriyasında artıq 18 oyundu (15 qələbə, 3 heç-heçə) uduzmayan “İnter” tarixində ikinci dəfə ilk 24 oyunda azı 20 qələbə qazandı. İlk belə hal 2006/07 mövsümündə (24 oyuna 21 qələbə) qeydə alınmış, lombardiyalılar onda 97 xalla çempion olmuşdular.

Artıq “Yuventus”un “İnter”in sürətinə çatdırmadığı gün kimi aydındı. Turinlilər praktiki olaraq bundan sonra baş məşqçiləri Massimiliano Alleqrinin dediyi kimi, ÇL-ə vəsiqə verən yerlərdən birini tutmağa çalışmalıdılar. Təcrübəli mütəxəssisin komandası bu tur da qələbə qazana bilmədi. B seriyasına düşməmək üçün çarpışan “Verona” ilə oyunda arxa xətdə kobud səhvlərə yol verən turinlilərin qazancı bir xal oldu. 2:2 hesablı heç-heçə “Yuventus”a son 4 oyunda 2-ci xalı qazandırdı. Alleqrinin komandası indi liderdən 9 xal geri qalır. “İnter”in bir oyun az keçirdiyini nəzərə alsaq, fərq daha da arta bilər.

Qələbəsiz seriyasının davam etməsi “Yuve”yə hesabat turunda 2-ci yeri itirmək bahasına başa gələ bilərdi. Milanın eyniadlı digər komandası qələbə qazanacağı halda əzəli rəqibi “İnter”in əsas izləyicisinə çevriləcəkdi. Lakin “qırmızı-qaralar” üçün Montsaya səfər çox uğursuz alındı. Stefano Pyoli həftəiçi Avropa Liqasının “Renn” ilə oyununda 3:0 hesablı qələbədə rol oynayan bir sıra aparıcı futbolçulara az-çox istirahət şansı yaratmağı lazım bilmişdi. Bu gediş onun komandasına baha başa gəldi. “Montsa” fasilə ərəfəsində ardıcıl iki qolla matça heç də pis başlamayan ölkə nəhəngini çətinə saldı. Milanlıların işini 53-cü dəqiqədə rəqibə qarşı kobudluğuna görə birbaşa qırmızı vərəqə alan hücumçu Yoviç daha da çətinləşdirdi. Qonaqlar qalan vaxtda on nəfərlə hesabı bərabərləşdirməklə inanılmaz əzmkarlıq nümayiş etdirdilər. Amma son dəqiqələrdə yorğunluq amili Pyolinin komandasının daha iki top buraxmasına səbəb oldu. 2:4 hesablı məğlubiyyət “Milan”ı liderdən 11 xal geri saldı.

ÇL-ə son vəsiqəni verən 4-cü yer yenə “Atalanta”ya məxsusdu. Can Pyero Qasperininin komandası bu dəfə “Sassuolo”nu 3:0 hesabıyla məğlub etdi. Berqamolular ardıcıl 5-ci qələbə ilə əla formada olduqlarını bir daha göstərdilər.

Elə “Bolonya” da azarkeşlərini turdan-tura ümidləndirir. Romada “Latsio” üzərində 2:1 hesablı əzmkar qələbə qazanan Tyaqo Mottanın komandası artıq 4 turdu büdrəmir. “Atalanta” kimi bolonyalların da hesabında 45 xal var və onlar topların fərqinə əsasən 5-ci yeri tuturlar.

“Napoli” isə tərəfdarlarına məyusluq yaşatmağa davam edir. Son çempion bu dəfə evdə “Cenoa”ya üstün gələ bilmədi. Qələbə nədi, neapollular məğlubiyyətdən son dəqiqələrdə qaça bildilər. Onların belə gedişlə titulu daha tez itirəcəyini əminliklə proqnoz vermək olar.

Tur paytaxtın digər komandası üçün uğurlu alındı. Daniele De Rossi yanvarda baş məşqçi vəzifəsindən qovulan Joze Mourinyonun yerinə təyinat alandan sonra “Roma” çempionatda hələ ki ortabab və zəiflərlə matçlarda xal itirməyib. “Kalyari” (4:0), “Verona” (2:1) və “Salernitana”ya (2:1) qalib gələn “canavarlar” yalnız əvvəlki turda “İnter”dən xal almayıb (2:4). De Rossili “Roma” hesabat turunda “Frozinone”ni səfərdə üç cavabsız qolla məğlub etdi.

25-ci tur
İnter – Salernitana 4:0
Türam, 17. Lautaro Martines, 19. Dyumfris, 40. Arnautoviç, 90. (72609)
İnter: Zommer, A.Bastoni (Byukenen, 78), De Vrey, Pavar, Auqusto, Dyumfris, Mxitaryan (Klassen, 60), Barella, Çalhanoğlu (Asllani, 67), Türam (Sançes, 60), Lautaro Martines (Arnautoviç, 60).
Verona – Yuventus 2:2
Folorunşo, 11. Noslin, 52 – Vlahoviç, 28-p. Rabyo, 55. (26000)
Yuventus: Şçensnı, Danilo, Ruqani, Qatti (Aleks Sandro, 57), Kostiç (Kyeza, 57), Kambyaso (Vea, 82), Lokatelli, Rabyo, Makkenni, Yıldız (Alkaras, 66), Vlahoviç (Milik, 81).
Atalanta – Sassuolo 3:0
Paşaliç, 22. Koopmeyners, 58. Bakker, 75. (14474)
Atalanta: Karnesekki, Kolaşinats (Ture, 82), Skalvini, Cimşiti, Zappakosta, Holm (Bakker, 74), Emerson, Koopmeyners (Adopo, 90), Paşaliç, Mirançuk (Skamakka, 74), De Ketelare (Hin, 82).
Napoli – Cenoa 1:1
Nqonq, 90 – Frendrup, 47. (50000)
Napoli: Meret, Matsokki (Olivera, 66), Estiqor (Natan, 46), Rrahmani, Di Lorentso, Traore (Nqonq, 59), Lobotka, Zambo Angissa, Kvaratsxeliya, Politano (Lindstrem, 59), Simeone (Raspadori, 76).
Latsio – Bolonya 1:2
İsaksen, 18 – Əl-Azzuzi, 39. Zirkzee, 78. (37000)
Latsio: Provedel, Qila, Patrik (Kazale, 11), Maruşiç, Latsari (Luka Pelleqrini, 77), Luis Alberto (Kamada, 77), Kataldi, Genduzi, İsaksen (Pedro, 65), Felipe Anderson, İmmobile (Kastelyanos, 65).
Empoli – Fiorentina 1:1
Nyanq, 56-p. – Beltran, 29. (12490)
Fiorentina: Terraçano, Biraqi (Parizi, 75), Lukas Martines, Milenkoviç, Faraoni (Kayode, 62), Dunkan (Artur, 62), Mandraqora, Sottil (İkone, 72), Qonsales, Beltran, Belotti (Bonaventura, 72).
Frozinone – Roma 0:3
Höysen, 38. Azmun, 71. Paredes, 81-p. (16056)
Roma: Svilar, Anxelinyo (Smollinq, 82), Höysen (Lyorente, 46), Mançini, Kristensen (Çelik, 67), Paredes, Kristante, Əl-Şaaravi, Baldantsi (Auar, 82), Azmun, Lukaku (Lorentso Pelleqrini, 46).
Montsa – Milan 4:2
Pessina, 45-p. Mota, 45+6. Bondo, 90. Kolombo, 90+5 – Jiru, 65. Pulişiç, 88. (14319)
Milan: Menyan, Ernandes, Qabbya, Tiav, Florentsi (Musa, 83), Bennaser (Jiru, 54), Adli (Leao, 46), Loftus-Çik, Okafor (Pulişiç, 46), Yoviç, Çukvueze (Reynders, 46).
Torino – Leççe 2:0
Bellanova, 50. Sapata, 81. (22457)
Udineze – Kalyari 1:1
Zemura, 14 – Qaetano, 44. (15445)
1. İnter 24 20 3 1 59-12 63
2. Yuventus 25 16 6 3 38-17 54
3. Milan 25 16 4 5 49-31 52
4. Bolonya 25 12 9 4 37-23 45
5. Atalanta 24 14 3 7 47-23 45
6. Roma 25 12 5 8 45-30 41
7. Fiorentina 25 11 5 9 37-29 38
8. Latsio 24 11 4 9 29-26 37
9. Torino 24 9 9 6 23-20 36
10. Napoli 24 10 6 8 33-28 36
11. Montsa 25 8 9 8 25-30 33
12. Cenoa 25 7 9 9 26-31 30
13. Leççe 25 5 9 11 24-39 24
14. Udineze 25 3 14 8 25-38 23
15. Frozinone 25 6 5 14 32-52 23
16. Empoli 25 5 7 13 19-38 22
17. Sassuolo 24 5 5 14 29-45 20
18. Verona 25 4 8 13 23-34 20
19. Kalyari 25 4 7 14 23-46 19
20. Salernitana 25 2 7 16 20-51 13
Bombardirlər: Lautaro Martines (İnter) - 20, Vlahoviç (Yuventus) – 13, Jiru (Milan) – 12.
Növbəti turun oyunları fevralın 23-26-sı aralığında keçiriləcək: Bolonya - Verona, Sassuolo - Empoli, Salernitana - Montsa, Cenoa - Udineze, Yuventus - Frozinone, Kalyari - Napoli, Leççe – İnter, Milan – Atalanta, Roma – Torino, Fiorentina - Latsio.

Turun rəqəmi
20 – Martines cari mövsümdə A seriyasındakı qollarının sayını bu rəqəmə çatdırdı. Argentinalı hücumçu bu liqada ardıcıl 3-cü mövsümdə qapılara azı 20 dəfə yol tapdı. Lautaro “İnter”in tarixində belə göstəriciyə malik 3-cü oyunçu oldu. Ondan əvvəl İtaliya çempionatında Cüzeppe Meatsa ardıcıl 5 (1929/30 – 1933/34), İştvan Nyerş isə 4 (1948/49 – 1951/52) mövsüm azı 20 qol vurub.

Turun ulduzu
Maykl Folorunşo (Verona) – italiyalı futbolçu komandasının “Yuventus”dan xal almasında qol və məhsuldar ötürmə ilə rol oynadı. 26 yaşlı yarımmüdafiəçi məhsuldar fəaliyyətinə meydanın mərkəzində böyük həcmli “qara” işini də əlavə etdi. Folorunşonun A seriyasında debüt mövsümünü keçirdiyini, 24 oyuna 3 qol vurduğunu da bildirək.

Turun sitatı
Valter Matsarri, “Napoli”nin baş məşqçisi: “Futbolçular bacardıqlarını edirlər. Amma heç nə alınmır. Azarkeşlərimiz uğurlu nəticələrin sevincini yaşamağa layiqdilər. Susmaq və məşq etmək lazımdı. Başqa yolumuz yoxdu”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-10-2023, 14:0

İnzaqi qardaşları eyni liqada

Dünya futbolu

14-11-2023, 15:0

Alleqri favoritin adını açıqladı

Dünya futbolu

10-03-2022, 19:0

İnzaqinin aqibəti necə olacaq?

Dünya futbolu

24-04-2022, 15:0

“İnter” 12 oyunluq seriyanı qırdı

Dünya futbolu

19-04-2022, 15:0

“Milan” A seriyasında öz rekorduna doğru gedir

Aktual
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Son xəbərlər
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Dünən, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Dünən, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Dünən, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Dünən, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Dünən, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Dünən, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Dünən, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Dünən, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Dünən, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Dünən, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • 5-06-2026, 23:0
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • 5-06-2026, 23:0
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • 5-06-2026, 23:0
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • 5-06-2026, 22:0
    Qurban Qurbanov Ağdama səfər etdi
  • 5-06-2026, 21:0
    "Şamaxı"da növbəti ayrılıq
  • 5-06-2026, 21:0
    Sadıq Sadıqov dünyasını dəyişdi
Daha çox
Oxunub: 694
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 238
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 225
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə