Massimiliano Alleqri İtaliya çempionluğu uğrunda mübarizədə komandasını favorit saymır.
"Football-plus.az" xəbər verir ki, onun çalışdırdığı “Yuventus” hazırda lider “İnter”dən 2 xal geri qalmaqla 2-ci yeri tutur. Alleqri skudettoya məhz milanlıların daha yaxın olduğunu düşünür:
“Çempionluq uğrunda mübarizənin favoriti “İnter”di. Sonra “Napoli” və “Milan”ın adını çəkməliyəm. “İnter”in yeni layihəsi məhz skudettonun qazanılmasına yönəlib. Doğrudu, indi bu barədə ciddi müzakirələr aparmaq hələ tezdi. Amma “İnter”in əsas favorit olduğunu iddia etmək mümkündü. Biz isə cədvəlin ilk “4-lüy”ündə möhkəmlənməliyik”.