• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Keyn çempionluq intriqasını ölməyə qoymadı – TURUN ŞƏRHİ

Dünya futbolu

27-02-2024, 19:0

Tur Leverkuzendə start götürdü.

"Football-plus.az" xəbər verir ki, sürprizləri sevən və ötən mövsümün son turunda Dortmund “Borussiya”sına çempion olmağa imkan verməyən “Maynts-05” bu dəfə bundesliqanın liderini büdrədə bilmədi. Hərçənd kim bilir, bəlkə də qonaqların qapıçısı Sentnerin kobud səhvi olmasaydı, Leverkuzen təmsilçisi xal itirərdi. 2-ci hissənin ortalarında – hesab 1:1 olarkən 29 yaşlı bu qapıçı Andrixin zərbəsindən sonra düz üzərinə gələn topu qəribə şəkildə dəf edərək onun qapıya daxil olmasına mane ola bilmədi. “Bayer-04” bu kuryoz qolla rəsmi matçlarda qələbə seriyasını 5 oyuna, ən yaxın izləyicisi ilə xal fərqini bir günlük də olsa, 11-ə çatdırdı.

Şənbə günü keçirilən oyunlarda qonaqlar qələbəyə həsrət qaldı. “Haydenhaym”la bacara bilməyən “Union”un evdəki 4 oyunluq qələbə seriyası qırıldı. Yüksəlişdə olan “Verder” gözlənilmədən evdə autsayder “Darmştadt”ı məğlub edə bilmədisə, tarixinin ən yaxşı mövsümünü keçirən və tura “Bavariya”dan cəmi 4 xal geridə daxil olan “Ştutqart” fanatları önündə “Köln” ilə xalları yarı böldü. Münhenqladbax “Borussiya”sı 5 oyunluq qələbəsiz seriyaya “Bohum”a 5 qol vurmaqla son qoydu. Günün və turun əsas oyunu Münhendə keçirildi. “Leyptsiq” son 4 qarşılaşmada “Bavariya”ya uduzmamışdı (2 qələbə, 2 heç-heçə). “Rekordmayster”in yaxşı durumda olmadığını və son 3 rəsmi oyunda məğlub olduğunu nəzərə alsaq, “öküzlər”in bu dəfə də seriyanı davam etdirəcəyini düşünənlər az deyildi. Hər şey məhz buna doğru gedirdi. Qolsuz başa çatan ilk yarıdan sonra Keyn komandasını hesabda önə keçirsə də, bir-birinin ardınca yaxşı fürsətlər yaxalayan qonaqlar Şeşko ilə bərabərlik qolunu vurdular. 90-cı dəqiqədə artıq “Alyans Arena”da fit sədaları eşidilirdi. Çünki bu nəticə ilə zirvədə intriqa faktiki öləcəkdi. Amma əsas vaxta artırılan 1-ci dəqiqədə Keyn həm xilaskara, həm də qəhrəmana çevrildi. Məşhur forvard Çupo-Motinqin ötürməsindən sonra ilk qolda olduğu kimi, yenə sol ayağı ilə topu tora göndərdi. “Bavariya” bu çətin və vacib qələbə ilə xal fərqini yenidən 8-ə endirdi.

Bazar günü “Ayntraxt” “Volfsburq”la oyunda əsas bombardiri Marmuşun sayəsində məğlubiyyətdən qurtuldusa, “Auqsburq” “Frayburq”la görüşdə fasiləyə geridə yollanmasına baxmayaraq, əzmkar qələbə qazandı. Günün və turun əsas sürprizi Dortmundda qeydə alındı. Buna qədər 2024-cü ildə uduzmayan, ümumilikdə 10 oyunluq məğlubiyyətsiz seriyaya malik olan Dortmund “Borussiya”sı ortabab “Hoffenhaym”la bacara bilmədi. Bebu artıq 2-ci dəqiqədə qonaqları önə keçirsə də, “arılar” üstünlüyü ələ alaraq fasiləyə qədər 2 qol vurdu. Amma bu mövsüm “kəndçilər”in ən məhsuldar oyunçusu olan 21 yaşlı vinger Bayer 2-ci hissənin ortalarında 4 dəqiqə aralığında dubl edərək “Siqnal İduna Park”a toplaşanları şoka saldı. Liderlə xal fərqi 20-yə çatan “Borussiya” növbəti dəfə göstərdi ki, bu mövsüm yalnız ÇL-ə vəsiqə uğrunda mübarizə aparır.

23-cü tur
Bavariya – Leyptsiq 2:1
Keyn, 56; 90+1 – Şeşko, 70. (75000)
Bavariya: Noyer, Kimmix, Dayer, De Liqt, Gerreyro, Pavloviç (Kim Min Çje, 81), Qoretska, Sane (Tel, 65), Müller (Laymer, 65), Musiala (Çupo-Motinq, 84), Keyn.
Leyptsiq: Blasvix, Henrixs, Simakan, Orban, Raum (Lukeba, 90+2), Şlager, Aydara (Kampl, 74), Olmo, Simons (Elmas, 87), Şeşko (Baumqartner, 90+2), Openda (Poulsen, 73).
Bayer-04 – Maynts-05 2:1
Caka, 3. Andrix, 68 – Kor, 8. (30210)
Bayer-04: Qradetski, Frimponq (Tella, 83), Kossunu, Ta, Tapsoba, Qrimaldo, Andrix, Caka, Virts (Hlojek, 90), Y.Hofmann (Şik, 65), Adli (İnkapye, 83).
Borussiya D – Hoffenhaym 2:3
Malen, 21. N.Şlotterbek, 25 – Bebu, 2. Bayer, 61; 65. (81365)
Borussiya: Mayer, Ryuyerson (Hummels, 79), Əmrə Can, N.Şlotterbek, Maatsen (Adeyemi, 75), Zabitser, Brandt, Malen, Roys (Dyuranvill, 87), Sanço (Bayno-Gittens, 75), Füllkruq (Mukoko, 75).
Ştutqart – Köln 1:1
Miyo, 53 – Martel, 62. (54500)
Ştutqart: Bredlov, Vaqnoman, Ruo (Mittelştadt, 65), Anton, İto, Ştiller, Karazor (Mahmud Dahud, 67), Çon Vu Yon (Mvumpa, 37), Miyo (Levelinq, 86), Fürix, Girassi.
Auqsburq – Frayburq 2:1
Uduoxai, 72. Engels, 80 – Qrifo, 19-p. (30660)
Frayburq: Atubolu, Kübler (Ginter, 37), Höfler, Qulde, Günter (Makenqo, 66), Eqqeştayn, Röl (Sildilliya, 76), Doan, Qrifo (Vaysshaupt, 76), Höler, Qreqoritş (Şallai, 66).
Ayntraxt F – Volfsburq 2:2
Maks, 14. Marmuş, 90+2 – Lakrua, 2. Berens, 36. (58000)
Verder – Darmştadt 1:1
Tsimmermann, 8-öz qapısına – Yustvan, 33. (42100)
Borussiya M – Bohum 5:2
Nqumu, 28. Vayql, 35-p. Rayts, 72. Sibaço, 78. Onora, 76 – F.Hofmann, 75. K.Şlotterbek, 87. (53196)
Union – Haydenhaym 2:2
Qosens, 45+3. Şafer, 45+2 – Dovedan, 3. Beste, 71. (21341)

1. Bayer-04 23 19 4 0 59-16 61
2. Bavariya 23 17 2 4 63-26 53
3. Ştutqart 23 15 2 6 52-29 47
4. Borussiya D 23 11 8 4 46-30 41
5. Leyptsiq 23 12 4 7 49-30 40
6. Ayntraxt F 23 8 10 5 36-30 34
7. Hoffenhaym 23 8 6 9 41-43 30
8. Verder 23 8 6 9 32-35 30
9. Frayburq 23 8 5 10 30-42 29
10. Haydenhaym 23 7 7 9 33-40 28
11. Auqsburq 23 6 8 9 33-41 26
12. Borussiya M 23 6 7 10 41-45 25
13. Volfsburq 23 6 7 10 28-36 25
14. Union 23 7 4 12 23-37 25
15. Bohum 23 5 10 8 28-46 25
16. Köln 23 3 8 12 16-37 17
17. Maynts-05 23 2 9 12 18-37 15
18. Darmştadt 23 2 7 14 24-52 13
Bombardirlər: Keyn (Bavariya) – 27, Girassi (Ştutqart) – 18, Openda (Leyptsiq) – 16, Dəniz Undav (Ştutqart) – 14.

Növbəti turun oyunları martın 1-3-ü aralığında keçiriləcək: Frayburq – Bavariya, Maynts-05 – Borussiya M, Union – Borussiya D, Bohum – Leyptsiq, Hoffenhaym – Verder, Darmştadt – Auqsburq, Volfsburq – Ştutqart, Köln – Bayer-04, Haydenhaym – Ayntraxt F.

Turun rəqəmi
33 – tarixi mövsüm keçirən “Bayer-04” adını Almaniya futbolu tarixinə yazdırdı. Xabi Alonsonun məğlubedilməz armadası bu mövsüm keçirdiyi 33-cü rəsmi qarşılaşmada da məğlub olmadı (29 qələbə, 4 heç-heçə)! Buna qədər Almaniya futbolunda ardıcıl 33 rəsmi oyunda uduzmayan komanda olmamışdı. Əvvəlki rekord 2019 dekabr – 2020 sentyabr aralığında 32 rəsmi oyundan 31 qələbə, 1 heç-heçə ilə ayrılan Hans-Diter Flikin “Bavariya”sına məxsus idi.

Turun ulduzu
Harri Keyn (Bavariya) – İngiltərə yığmasının kapitanı növbəti dəfə səviyyəsini ortaya qoyaraq komandasının çempionluq ümidinin birdəfəlik məhv olmasına və xal fərqinin 10-a yüksəlməsinə imkan vermədi. “Leyptsiq”lə qarşılaşmada dubl edən Keyn Münhen nəhənginin heyətində 31-ci rəsmi oyunda vurduğu qolların sayını 31-ə çatdırdı! 30 yaşlı futbolçu bu mövsüm bundesliqada ev oyunlarındakı qollarının sayını 17-yə çatdırmaqla bu göstəricidə çempionat çərçivəsində şəxsi rekordunu təkrarladı. Keyn daha öncə 2016/17-də “Tottenhem”in heyətində premyer-liqada evdə 17 qol vurmuşdu.

Turun sitatı
Manuel Noyer, “Bavariya”nın kapitanı: “Təəssüf ki, Tuxellə birlikdə yaxşı bir şey inşa edə bilmədik. Məşqçilər korpusu üçün çox üzgünəm. Hamımız bir yerdə məsuliyyət daşıyırıq. Məktəbdə qiymətlərin pisdisə, o demək deyil ki, həmişə müəllim günahkardı. Tuxel top məşqçidi. Onun istefası klubun və burdakı futbolçuların imicinə heç də müsbət təsir göstərmir. Yaxşı və özünü sübut etmiş məşqçi ayrılırsa, bu həm də futbolçuların günahıdı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

7-02-2024, 19:0

Liderlər mövsümün şah oyunundan öncə büdrəmədilər – TURUN ŞƏRHİ

Dünya futbolu

8-11-2023, 10:0

“Borussiya” bu dəfə evdəki “Der Klassiker”də rüsvay oldu - TURUN ŞƏRHİ

Dünya futbolu

20-02-2024, 22:0

“Bavariya” “sürünür”, “Bayer-04” fərqi artırır

Dünya futbolu

6-12-2023, 22:0

“Bayer-04”ü dayandıran tapıldı

Dünya futbolu

14-02-2024, 20:0

“Bavariya” Leverkuzendə rüsvay oldu – TURUN ŞƏRHİ

Aktual
“Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
"Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
“Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
Son xəbərlər
  • Bu gün, 20:52
    "Hədəfimiz ötən mövsümdən yaxşı olmaq idi" - Ayxan Abbasov
  • Bu gün, 20:21
    "Qəbələ" "Şamaxı"nı məğlub etdi - YENİLƏNİB
  • Bu gün, 19:58
    Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - VİDEO
  • Bu gün, 19:26
    Daha bir güləşçimiz "qızıl" qazandı - AÇ
  • Bu gün, 18:20
    "Neftçi" ölkə kubokunun qalibi oldu
  • Bu gün, 17:59
    Seyxan Fərəcov mükafatlandırıldı
  • Bu gün, 17:28
    "Qəbələ" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Bu gün, 16:59
    “Transfer pəncərələri”nin vaxtı məlum oldu
  • Bu gün, 16:28
    Premyer-liqada yeni mövsüm nə vaxt başlayacaq?
  • Bu gün, 15:57
    Moldovada 11 medallıq zəfər
  • Bu gün, 15:26
    “Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
  • Bu gün, 14:55
    “Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
  • Bu gün, 14:34
    "Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
  • Bu gün, 14:13
    Bakıda gənc futbolçular üçün seçim turniri keçiriləcək
  • Bu gün, 13:52
    “Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
  • Bu gün, 13:28
    AFFA-da məşqçi kursları davam edir
  • Bu gün, 12:57
    Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
  • Bu gün, 12:36
    İki güləşçimiz Avropa çempionatının finalında
  • Bu gün, 12:15
    Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
  • Bu gün, 11:54
    “Kicker” Ayxan Abbasovdan sitat gətirdi, Mahirə tövsiyə verdi
  • Bu gün, 11:23
    Ölkə kubokunda final - "Araz-Naxçıvan" "Neftçi"yə qarşı
  • Bu gün, 10:52
    Okan Buruk Terimin yolu ilə gedəcəkmi? - İtaliya nəhəngi onun xidmətində maraqlıdı
  • Bu gün, 10:31
    Nəriman ABŞ kubokunda məhsuldar ötürmə etdi
  • Bu gün, 10:00
    ''Beşiktaş''ın əfsanəsi karyerasını bitirdi - Ona klubda iş veriləcək
  • Bu gün, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
Daha çox
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 244
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 225
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Oxunub: 191
“Qəbələ”nin rəqibi kim olacaq: “Səbail”, yoxsa “Mingəçevir”?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə