• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bavariya” Leverkuzendə rüsvay oldu – TURUN ŞƏRHİ

Dünya futbolu

14-02-2024, 20:0

Ötən tur “Haydenhaym”la oyunda qələbə seriyası qırılan Dortmund “Borussiya”sı bunun acığını “Frayburq”u darmadağın etməklə çıxdı.

“Football-plus.az” xəbər verir ki, “arılar”ın cümə günü ilə bağlı inanılmaz seriyası davam edir. Belə ki, komanda cümə günü bundesliqada ev oyunlarında ardıcıl 36-cı qarşılaşmada məğlub olmadı (27 qələbə, 9 heç-heçə)! Cümə günü evdə son məğlubiyyət 2004-cü ilin yanvarın 30-da “Şalke-04”ə qarşı derbidə qeydə alınıb (0:1).

Şənbə günü nəinki Almaniyanın, eləcə də bütün Avropanın diqqəti Leverkuzenə yönəlmişdi. Tomas Tuxel nədənsə mövsümün ən vacib matçında heyətdə yeniliklər etmək qərarına gəlmişdi. “Bavariya” bu mövsüm ilk dəfə 3 mərkəz müdafiəçili sistemlə oynadı. Bundan başqa, ilk dəfə start heyətində meydana çıxan yeni transfer Boe karyerasında heç vaxt oynamadığı mövqedə, müdafiənin solunda qərarlaşmışdı. Bu addımlar özünü qətiyyən doğrultmadı. Əvvəldən sona qədər meydanda ağalıq edən Leverkuzen təmsilçisi güclü rəqibə sarsıdıcı məğlubiyyət yaşatdı. Maraqlıdı ki, darmadağının əsasını müqavilə ilə məhz “Bavariya”ya məxsus olan Stanişiç qoydu. Münhen nəhəngi 90 dəqiqə ərzində “çərçivə”yə yalnız bir zərbə endirdi və ən əsası bir qol vəziyyəti də yarada bilmədi! “Kikker” nəşrinin yazdığına görə, “rekordmayster” bundesliqada sonuncu dəfə 1995-in noyabrında “Hanza” ilə oyunu (0:0) qol vəziyyəti yaratmadan tamamlamışdı. Tuxelin kollektivi bu mövsüm artıq 2-ci dəfə darmadağın oldu. Komanda 14-cü turda Frankfurtda da bu aqibətlə üzləşmişdi (1:5). Superkompüterin versiyasına görə bu qələbədən sonra “Bayer-04”ün çempionluq şansı 66 faizə yüksəldi!

Bu tur həm elitada, həm də 2-ci bundesliqada bir çox qarşılaşmalarda fanatlar meydana tennis topları atmaqla ölkə futboluna xarici investorların gəlişinə etiraz etdilər. Bu üzdən bəzi oyunların gedişində fasilələr yarandı. Məhz bu səbəbə görə “Union” “Volfsburq”la görüşdə qələbə qolunu ilk yarıya əlavə olunmuş 25-ci (!) dəqiqədə vurdu. Məşqçi dəyişikliyindən sonra yavaş-yavaş özünə gələn paytaxt təmsilçisi evdə ardıcıl 4-cü qələbəsini qazanmaqla elitada şəxsi rekordunu təkrarladı. “Canavarlar”ın isə 2024-də hələ də qələbəsi yoxdu. Cari təqvim ilinə uğursuz başlayan “Leyptsiq” “Auqsburq” səfərində 1 xalla kifayətləndi. Aşkar autsayder “Darmştadt” Münhenqladbaxda xal qazansa da, komandanın qələbəsiz seriyası 14 oyuna yüksəldi. Son 5 turda uduzmayan “Verder”in bu seriyası gözlənilmədən “Haydenhaym”la ev oyununda qırıldı. 3-cü pillədən möhkəm yapışan “Ştutqart” isə “Maynts-05”ə heç bir şans vermədi. Həm şvabiyalıların qələbə, həm də Dəniz Undavın qol seriyası 3 oyuna çatdı.

21-ci tur
Bayer-04 – Bavariya 3:0
Stanişiç, 18. Qrimaldo, 50. Frimponq, 90. (30210)
Bayer-04: Qradetski, Stanişiç, Tapsoba, Ta, İnkapye, Qrimaldo (Puerta, 90), Andrix, Caka, Tella (Frimponq, 65), Virts (Hlojek, 90), Adli (Hofmann, 82).
Bavariya: Noyer, Boe (Gerreyro, 81), Upamekano (Kimmix, 60), Dayer, Kim Min Çje, Mazraui, Pavloviç (Müller, 60), Sane, Qoretska (Tel, 71), Musiala, Keyn.
Borussiya D – Frayburq 3:0
Malen, 16; 45+7. Füllkruq, 87. (81365)
Borussiya: Kobel, Ryuyerson (Volf, 79), Zyule, Şlotterbek, Maatsen (Morey, 88), Zabitser, Əmrə Can (Hummels, 88), Roys (Sanço, 88), Bayno-Gittens (Brandt, 66), Malen, Füllkruq.
Frayburq: Atubolu, Kübler, Qulde (Salai, 23), Sildilliya, Makenqo (Günter, 79), Eqqeştayn, Höfler, Şallai (Filipp, 80), Qrifo (Vaysshaupt, 59), Höler, Qreqoritş (Doan, 59).
Auqsburq – Leyptsiq 2:2
Tits, 35. Demiroviç, 60 – Openda, 39. Şeşko, 52. (30000)
Leyptsiq: Qulaçi, Henrixs, Orban (Simakan, 68), Klostermann, Raum, Şlager, Kampl (Zayvald, 68), Olmo (Elmas, 67), Simons (Baumqartner, 84), Şeşko (Poulsen, 72), Openda.
Ayntraxt F – Bohum 1:1
Marmuş, 14 – Broşinski, 17. (57500)
Ayntraxt: Qral, Buta, Kox, Paço, Maks (Baum, 84), Skiri, Götse, Knauff (Bahoya, 84), Çaibi, Larsson (Van De Beek, 21), Marmuş (Ekitike, 64).
Ştutqart – Maynts-05 3:1
Mittelştadt, 45+2. Levelinq, 45+1. Dəniz Undav, 73 – Ajork, 76. (52500)
Hoffenhaym – Köln 1:1
Kramariç, 90+4 – Finkqrafe, 79. (23020)
Union – Volfsburq 1:0
Duxi, 45+25. (22012)
Verder – Haydenhaym 1:2
Şmid, 19 – Melouni, 12. Beste, 18. (41000)
Borussiya M – Darmştadt 0:0
(42000)
1. Bayer-04 21 17 4 0 55-14 55
2. Bavariya 21 16 2 3 59-22 50
3. Ştutqart 21 14 1 6 49-27 43
4. Borussiya D 21 11 7 3 43-26 40
5. Leyptsiq 21 11 4 6 46-28 37
6. Ayntraxt F 21 8 8 5 31-25 32
7. Frayburq 21 8 4 9 26-37 28
8. Hoffenhaym 21 7 6 8 38-40 27
9. Haydenhaym 21 7 6 8 30-36 27
10. Verder 21 7 5 9 30-34 26
11. Auqsburq 21 5 8 8 31-39 23
12. Volfsburq 21 6 5 10 25-33 23
13. Borussiya M 21 5 7 9 36-41 22
14. Bohum 21 4 10 7 23-39 22
15. Union 21 6 3 12 20-35 21
16. Köln 21 3 7 11 15-35 16
17. Maynts-05 21 1 9 11 16-35 12
18. Darmştadt 21 2 6 13 22-49 12
Bombardirlər: Keyn (Bavariya) – 24, Girassi (Ştutqart) – 17, Openda (Leyptsiq) – 15, Dəniz Undav (Ştutqart) – 14.
Növbəti turun oyunları fevralın 16-18-i aralığında keçiriləcək: Bohum – Bavariya, Volfsburq – Borussiya D, Hoffenhaym – Union, Haydenhaym – Bayer-04, Frayburq – Ayntraxt F, Leyptsiq – Borussiya M, Köln – Verder, Maynts-05 – Auqsburq, Darmştadt – Ştutqart.

Turun rəqəmi
31 – “Bavariya”nı darmadağın edən “Bayer-04” bu mövsüm keçirdiyi 31-ci rəsmi oyunda da uduzmadı (27 qələbə, 4 heç-heçə). İndi leverkuzenliləri rekordun təkrarlanmasından cəmi bir oyun ayırır. Bundesliqa klubları arasında ən uzun məğlubiyyətsiz seriya ilə bağlı rekord “Bavariya”ya məxsusdu. Münhen nəhəngi 2019-20-ci illərdə Hans-Diter Flikin başçılığı altında ardıcıl 32 rəsmi oyunda uduzmamışdı. “Bayer-04” növbəti həftə son 8 turda uduzmayan debütant “Haydenhaym”ın qonağı olacaq.

Turun ulduzu
Niklas Füllkruq (Borussiya D) – 31 yaşlı forvard bu təqvim ilinə əla başlayıb. Ötən ev oyununda het-trik edən Füllkruq bu dəfə ev matçında 1 qol, 2 məhsuldar ötürməlik performans sərgilədi. Təcrübəli futbolçu ilk dövrədə 14 oyuna 5 dəfə fərqlənmişdisə, 2024-cü ildə ona eyni sayda qol vurmaq üçün cəmi 5 oyun kifayət edib. Yeri gəlmişkən, fevralın 9-da Füllkruqun doğum günü idi. O, müvafiq statistikanın aparılmağa başlandığı 2004-cü ildən bəri bundesliqada doğum günündə 3 qolda iştirak edən ilk futbolçu oldu!

Turun sitatı
Tomas Müller, “Bavariya”nın forvardı: “Təəssüf ki, oyunumuzda heç də xoş simptomlar yoxdu. Oliver Kan demişkən, meydanda bizimkilərin “yumurtalarını” görmədim! Çox əsəbiyəm. Bütün günahı baş məşqçinin üstünə atmaq düzgün deyil. Əslində məşqlərdə yaxşı təsir bağışlayırıq. Oyun vaxtı təzyiqin olması normaldı. Amma bunun öhdəsindən gəlmək lazımdı. Bizim oyunumuzda enerji və sərbəstlik çatışmır. Biz sanki A-dan B-yə, sonra da B-dən V-yə oynayırıq. Heç kim risk etmək sərbəstliyinə malik deyil. “Bayer-04”də də bəzən işlər qaydasında getmir. Amma onlar çıxış yolu tapırlar və daha yaradıcı oynayırlar”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-03-2023, 18:0

“Borussiya” derbidə büdrədi və “Bavariya”nı irəli buraxdı – TƏHLİL

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

19-04-2023, 18:0

“Bavariya” “kəndçilər”lə bacarmadı, “Borussiya” qələbəni inanılmaz şəkildə əldən verdi - TURUN ŞƏRHİ

Dünya futbolu

5-04-2023, 14:0

“Borussiya” “Alyans Arena”da yenə eyni aqibətlə üzləşdi – 26-cı turun şərhi

Dünya futbolu

7-02-2024, 19:0

Liderlər mövsümün şah oyunundan öncə büdrəmədilər – TURUN ŞƏRHİ

Dünya futbolu

6-12-2023, 22:0

“Bayer-04”ü dayandıran tapıldı

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 422
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 188
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə