• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Borussiya” bu dəfə evdəki “Der Klassiker”də rüsvay oldu - TURUN ŞƏRHİ

Dünya futbolu

8-11-2023, 10:0

Bundesliqada bu həftə bütün gözlər “Der Klassiker”ə yönəlmişdi.

"Football-plus.az" xəbər verir ki, “Borussiya” ötən mövsüm evdə son saniyələrdə də olsa, bərabərlik qolunu vuraraq “Bavariya”nı büdrətmişdi. Bu mövsümdəki “Borussiya” ötənilkindən heç də zəif deyil. Ona görə də “arılar”ın 81 mindən artıq fanatın önündə pərən-pərən düşəcəyini az adam proqnozlaşdırardı. Amma “Bavariya” rəqibə göz açmağa belə imkan verməyərək faktiki 9-cu dəqiqədən sonra intriqanı öldürdü. Hər hissədə iki qol vuran Tuxelin komandası hesabına növbəti parlaq qələbəni yazdı. “Borussiya”nın bundesliqada 17 oyunluq məğlubiyyətsiz seriyası da qırıldı. Komanda son məğlubiyyətini ötən mövsümün 26-cı turunda səfərdə məhz elə “Bavariya” ilə oyunda yaşamışdı (2:4). Onu da bildirək ki, “arılar”ın “rekordmayster”ə qarşı rəsmi matçlardakı qələbəsiz seriyası 11 oyuna çatdı (1 heç-heçə, 10 məğlubiyyət)! Son qələbə 2019-un avqustunda ölkə superkuboku uğrunda oyunda qazanılıb (2:0).

Turun əsas sürprizi Mayntsda qeydə alındı. Tarixinin ən uğursuz startını reallaşdıran və bu tura qədər qələbəsi olmayan “karnavalçılar” gözlənilmədən “Leyptsiq”i 2 cavabsız qolla evə göndərdilər. Bu tura qədər qələbəsi olmayan daha bir komanda “Bohum” da açılış oyununda səfərdə “Darmştadt”ı yendi. Başqa sözlə desək, 10-cu turdan sonra hesabında qələbə olmayan komanda qalmadı. “Union” üçün artıq kəlmələr yetərsizdi. Çox güman, fanatlar və futbolçular özləri də artıq məğlubiyyətlərin sayını unudublar. Bu dəfə evdə “Ayntraxt” önündə aciz duruma düşən ÇL iştirakçısı rəsmi matçlarda ardıcıl 12-ci (!!!) məğlubiyyətini yaşadı. Bu tura qədər heç-heçəsi olmayan 2 komandanın - “Volfsburq”la “Verder”in duelində qollu bərabərlik qeydə alındı. “Canavarlar” tarixdə ilk dəfə bundesliqa matçına start heyətində almaniyalı futbolçu olmadan çıxdılar. Girassisiz “Ştutqart” “sürünməkdə” davam edir. Şvabiyalılar bu dəfə səfərdə debütant “Haydenhaym” önündə “ağ bayraq qaldırdı”. Lider “Bayer-04” isə rekordları bir-bir yeniləyərək səssiz-sədasız şəkildə qələbələri sıralamaqda davam edir. Düzdü, “Hoffenhaym” səfəri asan keçmədi. Leverkuzenlilər matçın gedişində 2 topluq üstünlüyü əldən versələr də, sonda qalib gəlməyi bacardılar. 10 tura 28 xal və 30 qol, eləcə də rəsmi matçlarda ardıcıl 10 qələbə klub tarixi üçün yeni rekordlardı. Ümumiyyətlə, bu, bundesliqa tarixinin ən uğurlu 2-ci startıdı. 10 tura bundan daha çox (30) xalı yalnız 2015/16-da Qvardiolanın “Bavariya”sı toplayıb. Ən heyrət doğuran fakt odu ki, “Bayer-04” bu mövsüm keçirdiyi 15 rəsmi oyunun hamısında ən azı 2 qol vurub! Bu mövsüm olduqca qəribə qrafik cızan “Hoffenhaym” isə evdə ən az (3), səfərdə ən çox (15) xal toplayan komandadı.

10-cu tur
Borussiya D – Bavariya 0:4
Upamekano, 4. Keyn, 9; 72; 90+3. (81365)
Borussiya: Kobel, Ryuyerson, Hummels, Şlotterbek, Volf (Zyule, 46), Salih Özcan (F.Nmeça, 87), Zabitser, Malen (Adeyemi, 57), Roys, Brandt (Mukoko, 66), Füllkruq (Alle, 79).
Bavariya: Noyer, Mazraui, Upamekano (Pavloviç, 60), Kim Min Çje, Devis, Laymer, Qoretska, Sané (Müller, 89), Musiala (Çupo-Motinq, 89), Koman, Keyn.

Maynts-05 – Leyptsiq 2:0
Li Çje Sun, 76. Barreyro, 80. (30100)
Leyptsiq: Blasvix, Henrixs, Klostermann (Poulsen, 82), Simakan, Lukeba, Raum, Şlager, Kampl (Aydara, 83), Baumqartner (Verner, 67), Simons (Forsberq, 83), Openda (Şeşko, 67).

Union – Ayntraxt F 0:3
Marmuş, 2; 14. Ferri, 82. (22012)
Union: Rönnov, Trimmel (Folland, 83), Bonuççi (B.Aaronson, 83), Knoxe, Leyte, Qosens, Layduni, Kral (Haberer, 73), Hollerbax (Berens, 56), Bekker (Tuzar, 83), Fofana.
Ayntraxt: Trapp, Dina Ebimbe (P.Aaronson, 85), Tuta (Smolçiç, 46), Kox, Paço, Maks, Larsson, Skiri, Çaibi (Götse, 74), Knauff (Buta, 64), Marmuş (Ferri, 74).

Hoffenhaym – Bayer-04 2:3
Stax, 56. Veqhorst, 58 – Virts, 9. Qrimaldo, 45+1; 70. (30150)
Bayer-04: Qradetski, Kossunu (Stanişiç, 46), Ta, Tapsoba, Frimponq, Palasios, Caka, Qrimaldo, Hofmann (Andrix, 80), Virts (Hlojek, 90+1), Bonifas (Adli, 88).

Frayburq – Borussiya M 3:3
Höler, 7. Vaysshaupt, 70. Qrifo, 90+6-p. – Sibaço, 25. Plea, 29. Vayql, 39-p. (34700)
Frayburq: Atubolu, Sildilliya, Ginter, Linhart, Kübler (Makenqo, 46), Eqqeştayn, Höfler, Qrifo, Doan, (Vaysshaupt, 59), Höler, Röl (Qreqoritş, 59).

Haydenhaym – Ştutqart 2:0
Şöppner, 70. Klayndinst, 90+4. (15000)

Volfsburq – Verder 2:2
Çernı, 37. Paredes, 59 – Dukş, 7. Borre, 65. (28917)

Köln – Auqsburq 1:1
Maina, 16 – Tits, 25. (49300)

Darmştadt – Bohum 1:2
Nürnberger, 43 – Asano, 25; 54. (17000)

1. Bayer-04 10 9 1 0 30-10 28
2. Bavariya 10 8 2 0 38-7 26
3. Ştutqart 10 7 0 3 27-13 21
4. Borussiya D 10 6 3 1 20-15 21
5. Leyptsiq 10 6 2 2 25-9 20
6. Hoffenhaym 10 6 0 4 22-19 18
7. Ayntraxt F 10 4 5 1 15-9 17
8. Frayburq 10 4 2 4 13-19 14
9. Volfsburq 10 4 1 5 15-16 13
10. Auqsburq 10 3 3 4 19-22 12
11. Borussiya M 10 2 4 4 19-23 10
12. Verder 10 3 1 6 16-20 10
13. Haydenhaym 10 3 1 6 15-22 10
14. Bohum 10 1 5 4 10-24 8
15. Darmştadt 10 2 1 7 14-32 7
16. Union 10 2 0 8 11-22 6
17. Maynts-05 10 1 3 6 11-24 6
18. Köln 10 1 2 7 8-22 5
Bombardirlər: Keyn (Bavariya) – 15, Girassi (Ştutqart) – 14, Openda (Leyptsiq), Sane (Bavariya), Vind (Volfsburq) – 8.

Turun rəqəmi
4 – “Der Klassiker” hər nə qədər Almaniyanın bir nömrəli oyunu sayılsa da, “Bavariya”nın Dortmund “Borussiya”sını “kötəkləməsi” artıq heç kimi təəccübləndirmir. Son illərdə Münhen nəhəngi tez-tez prinsipial rəqibini darmadağın edir. Amma bu darmadağınlar əsasən Münhendə qeydə alınırdı. Dortmundda isə meydan sahibləri hətta uduzduqları qarşılaşmalarda da rəqibə layiqincə müqavimət göstərməyi bacarırdılar. Təsadüfi deyil ki, “Bavariya” tarixində cəmi 2-ci dəfə “Borussiya”nı Dortmundda 4 top fərqi ilə yenərək bu səfərdə ən böyükhesablı qələbəsini təkrarladı. Daha öncə “rekordmayster” 2009-un sentyabrında “arılar”ı onların öz fanatları önündə darmadağın etmişdi (5:1).

Turun ulduzu
Harri Keyn (Bavariya) – İngiltərə yığmasının kapitanının tempi qarşısında tək rəqiblər yox, rekordlar da acizdi. Dortmund kimi çətin səfərdə 3 qol vurmaqla bu mövsüm 3-cü dəfə het-trik edən məhşur forvard turnirin tarixinə damğa vurmaqda davam edir. Bundesliqada keçirdiyi ilk 10 oyuna vurduğu qolların sayını 15-ə çatdıran Keyn yeni rekordçu oldu. Əvvəlki rekord bundesliqanın birinci mövsümündə - 1963/64-də qeydə alınmışdı. O vaxt “Şalke-04”ün heyətində Klaus Matişak ilk 10 oyuna 13 dəfə fərqlənmişdi. Maraqlıdı ki, ötən mövsümün bombardirləri – Füllkruq ilə Nkunku 16 qol vurduqları halda, Keyn indidən 15 dəfə fərqlənib! Keyn həm də iştirak etdiyi ilk “Der Klassiker”də het-trik edən 1-ci futbolçu oldu.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-04-2023, 14:0

“Borussiya” “Alyans Arena”da yenə eyni aqibətlə üzləşdi – 26-cı turun şərhi

Dünya futbolu

14-03-2023, 18:0

“Borussiya” derbidə büdrədi və “Bavariya”nı irəli buraxdı – TƏHLİL

Dünya futbolu

12-04-2023, 21:0

Terziç “Borussiya”da yeni rekordçu oldu – ŞƏRH

Dünya futbolu

17-05-2023, 21:0

“Bavariya” və “Borussiya” rəqiblərini “kötəklədi” - TURUN ŞƏRHİ

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Bu gün, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Bu gün, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Bu gün, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Bu gün, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Bu gün, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Bu gün, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Bu gün, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Bu gün, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Bu gün, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Bu gün, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Bu gün, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Bu gün, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Bu gün, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 197
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 137
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə