• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bavariya” “sürünür”, “Bayer-04” fərqi artırır

Dünya futbolu

20-02-2024, 22:0

Bu təqvim ilində sürpriz yüksəlişə keçən “Verder” turun açılış oyununda səfərdə “Köln”ü minimal hesabla məğlub etdi. Özü də “musiqiçilər” bundesliqada ardıcıl 3-cü səfər oyununda qol buraxmadan qələbə qazanmaqla şəxsi rekordu təkrarladılar! Komandanın daha öncə yalnız bir dəfə - 1981/82-də Otto Rehagelin dönəmində belə seriyası olub!

"Football-plus.az" xəbər verir ki, şənbə günü əsas diqqət “Bayer-04”ün oyununa yönəlmişdi. Son 8 turda uduzmayan debütant “Haydenhaym” lideri büdrədə bilmədi. Fenomenal mövsüm keçirən Xabi Alonsonun komandası mükəmməl futbol sərgiləməsə də, özünə lazım olan nəticəni qazandı. Bu mövsüm keçirdiyi 32-ci rəsmi oyunda da uduzmayan (28 qələbə, 4 heç-heçə) Leverkuzen təmsilçisi bu göstəricidə bundesliqa klubları arasında “Bavariya”ya məxsus olan rekordu təkrarladı. Münhen nəhəngi 2019/20-nin gedişində ardıcıl 32 rəsmi oyunda uduzmamışdı. 2024-cü ildə hələ ki məğlubiyyət acısı yaşamayan Dortmund “Borussiya”sının bu seriyası Volfsburqda davam etsə də, komanda yalnız heç-heçə ilə kifayətləndi. Mövsümün daha bir sürpizi “Ştutqart” autsayder “Darmştadt”ı məğlub etdi. Girassi Afrika Millətlər Kubokundan qayıdandan dərhal sonra fərqlənməyi bacardı. 27 yaşlı fransızəsilli qvineyalı forvard 22-ci turu 18 qolla tamamladı. Buna qədər “Ştutqart” tarixində ilk 22 tura bu cür məhsuldarlıq sərgiləyən futbolçu olmamışdı! Nenad Byelitsa ilə yüksəlişini davam etdirən “Union” səfərdə “Hoffenhaym”ı məğlub etdi. Son 6 rəsmi oyunda cəmi 1 qələbəsi olan “Leyptsiq” Münhenqladbax “Borussiya”sı ilə ev matçında ciddi problem yaşamadı. Odla oynamaqda davam edən və pley-off zonasından cəmi 6 xal öndə olan “Borussiya”nın setyabrdan bu yana səfərdə qələbəsi yoxdu.

Tura bazar günü keçirilən iki oyunla yekun vuruldu. İki avrokubok iştirakçısının duelində “Ayntraxt” “Frayburq” səfərində 3 dəfə hesabda önə keçsə də, sonda yalnız 1 xalla kifayətləndi. Tanınmaz halda olan “Bavariya” isə fanatlarına kabus yaşatmaqda davam edir. Münhen nəhəngi “Bohum”u son 3 dueldə ümumilikdə 17:0 hesabı ilə məğlub etsə də, bu dəfə komandanın işinin asan olmayacağı əvvəlcədən bəlli idi. Çünki həm “rekordmayster” özü yaxşı durumda deyildi, həm də “Bohum” bu mövsüm evdə cəmi 1 oyunda uduzmuşdu. “Bavariya” fanatlarının qorxduqları başlarına gəldi. Komanda Musialanın baxımlı qolu ilə önə keçsə də, sonradan yenə nokauta düşdü. Hələ fasiləyə qədər hesabda önə keçən meydan sahibləri ikinci hissədə daha bir qol vurdular. Rəqibinə dirsək zərbəsi endirən Upamekano həm penaltiyə səbəbkar oldu, həm də 4 gün ərzində 2-ci dəfə meydandan qovuldu! Son anlarda Keynin qolu təsəllidən başqa bir şey olmadı. İngiltərə yığmasının kapitanı bundesliqa tarixində 25 qol həddinə ən tez (22 oyuna) çatan futbolçu oldu. “Bavariya” 2015-in mayından bu yana ilk dəfə ardıcıl 3 rəsmi oyunda meydanı başıaşağı tərk etdi. Bu nəticə ilə zirvədə xal fərqi 8-ə çatdı. “Opta”nın superkompyuterinin hesablamasına görə “Bayer-04”ün çempionluq şansı 66 faizdən 89 faizə yüksəldi!

22-ci tur
Bohum – Bavariya 3:2
Asano, 38. Şlotterbek, 44. Ştöger, 78-p. – Musiala, 14. Keyn, 87. (26000)
Bavariya: Noyer, Mazraui (Upamekano, 33), De Liqt, Kim Min Çje, Gerreyro (Dayer, 79), Qoretska, Kimmix (Saraqosa, 63), Müller (Tel, 79), Çupo-Motinq (Sane, 63), Musiala, Keyn.
Haydenhaym – Bayer-04 1:2
Klayndinst, 86 – Frimponq, 45+2. Adli, 81. (15000)
Bayer-04: Qradetski, Frimponq (Tella, 88), Stanişiç, Ta, İnkapye, Qrimaldo, Andrix, Caka, Virts (Hofmann, 88), Adli (Tapsoba, 88), Şik (İqlesias, 74).
Volfsburq – Borussiya D 1:1
Gerhardt, 63 – Füllkruq, 8. (28917)
Borussiya: Kobel, Ryuyerson, Zyule, Şlotterbek, Maatsen, Zabitser, Əmrə Can, Brandt, Roys (Salih Özcan, 79), Sanço (Bayno-Gittens, 79), Füllkruq (Mukoko, 85).
Leyptsiq – Borussiya M 2:0
Simons, 14. Openda, 57. (44822)
Leyptsiq: Qulaçi, Henrixs, Orban, Klostermann (Simakan, 23), Raum (Lukeba, 78), Şlager, Aydara (Zayvald, 67), Olmo (Baumqartner, 78), Simons, Poulsen (Şeşko, 67), Openda.
Frayburq – Ayntraxt F 3:3
Doan, 30. Qrifo, 45+5-p. Qreqoritş, 89 – Marmuş, 27. Knauff, 35; 71. (34700)
Frayburq: Atubolu, Doan, Kübler, Qulde, Keytel (Sildilliya, 77), Makenqo (Vaysshaupt, 77), Eqqeştayn, Höfler, Şallai (Filipp, 88), Qrifo (Musliya, 82), Höler (Qreqoritş, 77).
Ayntraxt: Trapp, Buta, Tuta, Hasebe, Paço, Maks (Nkunku, 90+3), Skiri, Götse (Rode, 86), Çaibi (Ekitike, 90+3), Marmuş (Dina Ebimbe, 86), Kalaydziç (Knauff, 11).
Darmştadt – Ştutqart 1:2
Zeydel, 90+5 – Girassi, 14. Mahmud Dahud, 90+2. (17810)
Hoffenhaym – Union 0:1
Aaronson, 84. (19050)
Köln – Verder 0:1
Njinma, 70. (50000)
Maynts-05 – Auqsburq 1:0
Van Den Berq, 43. (24800)
1. Bayer-04 22 18 4 0 57-15 58
2. Bavariya 22 16 2 4 61-25 50
3. Ştutqart 22 15 1 6 51-28 46
4. Borussiya D 22 11 8 3 44-27 41
5. Leyptsiq 22 12 4 6 48-28 40
6. Ayntraxt F 22 8 9 5 34-28 33
7. Verder 22 8 5 9 31-34 29
8. Frayburq 22 8 5 9 29-40 29
9. Hoffenhaym 22 7 6 9 38-41 27
10. Haydenhaym 22 7 6 9 31-38 27
11. Bohum 22 5 10 7 26-41 25
12. Volfsburq 22 6 6 10 26-34 24
13. Union 22 7 3 12 21-35 24
14. Auqsburq 22 5 8 9 31-40 23
15. Borussiya M 22 5 7 10 36-43 22
16. Köln 22 3 7 12 15-36 16
17. Maynts-05 22 2 9 11 17-35 15
18. Darmştadt 22 2 6 14 23-51 12
Bombardirlər: Keyn (Bavariya) – 25, Girassi (Ştutqart) – 18, Openda (Leyptsiq) – 16, Dəniz Undav (Ştutqart) – 14.
Növbəti turun oyunları fevralın 23-25-i aralığında keçiriləcək: Borussiya D – Hoffenhaym, Bavariya – Leyptsiq, Borussiya M – Bohum, Union – Haydenhaym, Auqsburq – Frayburq, Ayntraxt F – Volfsburq, Bayer-04 – Maynts-05, Ştutqart – Köln, Verder – Darmştadt.

Turun rəqəmi
35 – “Auqsburq”un qapıçısı Fin Damen bu tur adını bundesliqa tarixinə yazdırdı. Amma yaxşı yox, pis mənada. Belə ki, 25 yaşlı əlcək sahibi bundesliqada keçirdiyi ardıcıl 35-ci qarşılaşmada qapısını toxunulmaz saxlaya bilmədi! Buna qədər turnirin tarixində ardıcıl 35 oyunda qol buraxan qapıçı olmamışdı. “Maynts-05”in yetirməsi olan Damen elitada məhz elə 35 oyun keçirib. Maraqlıdı ki, ilk 13 oyunu “Mayns-05”in heyətində keçirən və ötən yay “Auqsburq”a gələn qapıçı məhz elə sabiq klubu ilə oyunda antirekordçu oldu.

Turun ulduzu
Ansqar Knauff (Ayntraxt F) – bu tur məhsuldarlıq baxımından özünü yaxşı tərəfdən göstərən futbolçular elə də çox olmadı. Bu üzdən yeganə dublun müəllifi olan Knauffa üstünlük veririk. Özü də istedadlı futbolçu start heyətində oynamadığı bir qarşılaşmada 2 qol vurdu. Dortmund “Borussiya”sının yetirməsi olan 22 yaşlı vinger karyerasının hələ ki ən yaxşı dönəmini keçirir. Buna qədər bundesliqada onun 1-dən artıq qol vurduğu mövsüm olmamışdısa, cari “futbol ili”ndə onun hesabında artıq 7 qol var.

Turun sitatı
Leon Qoretska, “Bavariya”nın yarımmüdafiəçisi: “Sanki bitmək bilməyən qorxu filminin içindəyik. Hər şey bizə qarşıdı. Təbii ki, oyuna yaxşı başlamağımız haqda uzun-uzadı danışa bilərik. Amma yarım saatdan sonra “tökülməyə” başlayırsansa, oyuna yaxşı başlamaq artıq heç kimə maraqlı deyil. Son anlarda azlıqda qala-qala əlimizdən gələni etdik. Başverənlərə normal izah tapmaq çətindi. Sadəcə son oyunlarda fərdi səhvlərə çox yol verməyə başlamışıq. Çempionluğa inanırammı? İndi bu suala “bəli” cavabını vermək çox çətindi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

14-02-2024, 20:0

“Bavariya” Leverkuzendə rüsvay oldu – TURUN ŞƏRHİ

Dünya futbolu

7-02-2024, 19:0

Liderlər mövsümün şah oyunundan öncə büdrəmədilər – TURUN ŞƏRHİ

Dünya futbolu

5-04-2023, 14:0

“Borussiya” “Alyans Arena”da yenə eyni aqibətlə üzləşdi – 26-cı turun şərhi

Çempionlar Liqası

11-10-2023, 18:0

ÇL iştirakçısı ardıcıl 7-ci oyunda uduzdu! – TURUN ŞƏRHİ

Dünya futbolu

12-04-2023, 21:0

Terziç “Borussiya”da yeni rekordçu oldu – ŞƏRH

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 419
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 188
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə