• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” yenə “Sumqayıt”ın uğurlu seriyasına son qoydu - REPORTAJ

Premyer-liqa / Reportaj

27-02-2024, 15:0

“Qarabağ”ın “Braqa”nı mübarizədən kənarlaşdırmaq üçün çox güc sərf etdiyini bilirdik. Qurban Qurbanovun 120 dəqiqəlik matçdan sonra heyətdə müəyyən rotasiyalar edəcəyinə şübhə yox idi. Əlbəttə, bu məqam “Sumqayıt”a “köhlən atlar”a qarşı cansıxıcı statistikanı yaxşılaşdırmaq və 2-ci pillədəki yerini möhkəmlətmək baxımından yararlı ola bilərdi.

İlk yarı qonaqlar üçün bu mənada ümidverici idi. Lakin “Qarabağ”ın mübarizədən qopmaması və irəliləyən dəqiqələrdə hücumların kəsərini artırması həlledici epizodların xeyrinə işləməsiylə nəticələndi. Əslində “Sumqayıt” rəqibə nisbətən yaxşı başlamışdı. Qonaqlar meydan sahiblərini sıxışdırmaq üzrə idi. Amma Patrik “kimyaçılar” üçün təhlükəli zonada cəsarətli oynayıb topu Abu Dossodan aldı və Nərimana ötürdü. Sonuncu dərhal qapını nişan alsa da, zərbəsi tirin üzərindən keçdi. Ardından Elvin baxımlı reydlə “Sumqayıt” futbolçularını qabaqladı. Onun müəllifi olduğu təhlükəli epizod da qolla bitmədi. Çünki top dirəyin yaxınlığından keçdi. Bundan sonra tərəflərin mərkəzdəki mübarizəsini izlədik. Bir neçə dəqiqəlik süstlükdən sonra Patrik çox ciddi səhvə yol verdi. O, Lukanın ötürdüyü topla irəli getmək əvəzinə yenidən qolkiperə ötürmə verdi. İş ondadı ki, top qapıçıya yox, “çərçivə”yə doğru sürətləndi. Meydan sahiblərinin bəxti gətirdi ki, Patrikin zərbəsi yumşaq alınmışdı və Luka özünü çatdırıb topu meydandan çıxardı. Birinci hissənin sonuncu təhlükəli epizodu “Qarabağ”ın ifasında baş tutdu. Aleksey Nərimanın ötürməsini Patrikə çatdırdı. Lakin onun zərbəsi qapıdan xeyli aralı keçdi.

Bəs 2-ci hissə necə keçdi? “Qarabağ” fürsət gözləyirdisə, “Sumqayıt” qol vurmaq üçün vurnuxurdu. Qonaqlar uzun ötürmələrlə rəqibin qapısına aparan yolu tez qət etmək niyyətinə düşmüşdü. Elə bu cəhdlərin birində Almeyda topu Ninqadan alıb hücuma keçdi. O, “köhlən atlar”ın cərimə meydançasına çatandan sonra Diakabiyə ötürmə etdi. Fransalı yarımmüdafiəçi isə topu rahatlıqla qəbul edib tora qovuşdurdu. Zərbə qapının küncünə nişanlandığından Mehdi özünü yetirə bilmədi. Bir neçə dəqiqə sonra Murad Sorqanın yaxşı ötürməsini zərbəylə tamamlasa da, top qapının üstündən keçdi. Ardından Murata “Qarabağ”ın qapısı yaxınlığında yaxşı şansı boşa verməsi azmış kimi, topu itirdi. Elvin növbəti reydini edib mərkəzi ötdü. Burda Diakabiyə, o isə Benzyaya ötürmə etsə də, sonuncunun zərbəsi dirəyin yanından keçdi. Fransalı yarımmüdafiəçi bununla ruhdan düşmədi. Lazım olan anda uyğun mövqedə olması ona komandasının ikinci qolunun müəllifi olmağı nəsib etdi. Andrade Benzyanın ötürdüyü topla birgə “kimyaçılar”ın cərimə meydançasına daxil oldu və “borcunu qaytardı”. Belədə fransalı dəqiq zərbəylə oyunda son nöqtəini qoydu. “Qarabağ” “Sumqayıt”ın 7 oyunluq məğlubiyyətsizlik seriyasını qırdı, özü isə 12 turdu uduzmur. “Sumqayıt”ın həmin uğurlu seriyası məhz dekabrın 8-də “Qarabağ”dan aldığı acınacaqlı məğlubiyyətdən (1:6) sonra başlamışdı.

Gözdən qaçmadı
* “İmarət Tayfa” həm dəstək, həm də say baxımından “Qarabağ ordu” fanklubundan geri qalırdı.
* “Kimyaçılar” azarkeş qrupu passiv təsir bağışladı.
* Bəhlul və Romao azyaşlı “Qarabağ” azarkeşlərinin forma istəyini qarşılıqsız qoymadı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

21-02-2024, 17:0

“Sumqayıt”ın yeni prinsipi: uda bilmiriksə, uduzmayaq! – REPORTAJ

Premyer-liqa / Reportaj

24-05-2023, 12:0

“Sumqayıt” çempiona şok yaşatdı - REPORTAJ

Premyer-liqa / Reportaj

8-08-2023, 12:0

“Zirə” 32-ci cəhddə bacardı - REPORTAJ

Reportaj / Avropa Liqası

16-12-2023, 17:0

“Qarabağ” daha bir zirvəni fəth etdi - REPORTAJ

Premyer-liqa / Reportaj

24-10-2023, 17:0

Murad Musayev Samir Abasovu cəzalandırdı və qəzəbləndirdi - REPORTAJ

Ölkə kuboku / Reportaj

1-02-2024, 22:0

“Neftçi” ilk yarıda fırtına kimi əsdi, fasilədən sonra çökdü – REPORTAJ

Aktual
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
“Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
Son xəbərlər
  • Bu gün, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Bu gün, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Bu gün, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Bu gün, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Bu gün, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Bu gün, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Bu gün, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Bu gün, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • Dünən, 23:45
    Yığmamız İslandiyaya uduzdu
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Dünən, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Dünən, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Dünən, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Dünən, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Dünən, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Dünən, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Dünən, 13:17
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Dünən, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə