• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi” ilk yarıda fırtına kimi əsdi, fasilədən sonra çökdü – REPORTAJ

Ölkə kuboku / Reportaj

1-02-2024, 22:0

Sumqayıtda keçirilən matçın hər iki tərəf üçün prinsipial xarakter daşıdığına şübhə yoxdu.

Onsuz da “Neftçi” ilə “Sumqayıt” bir-birinə üçün barışmaz rəqiblərdən sayılır. Diqqətçəkən məqamlardan biri də “kimyaçılar”ın baş məşqçisi Samir Abasovun bu oyundan öncə heyətim məhdudluğuna işarə ilə “kuboku qurban verməliyik” ifadəsini işlətməsi idi. Əlbəttə, təcrübəli məşqçi belə deməklə bakılıların “başının altına yastıq qoymaq” niyyəti də güdə bilərdi.

Matçın ilk yarını izləyən hər kəs Abasovun və “Sumqayıt”ın taleyi ilə barışdığını düşünə bilərdi. Lakin oyunun sonunda başqa məsələlər ortaya çıxdı. “Gənclik şəhəri” təmsilçisi ardıcıl qollarla bakılıların cütün taleyini ilk oyunda həll etmək niyyətinin üzərindən xətt çəkdi. Əslində “kimyaçılar” oyuna yaxşı başlamışdı. İlk dəqiqələrdə “Neftçi”nin uğursuz hücum cəhdi qeydə alındısa, Rövlanın iki ardıcıl zərbəsi qeyri-dəqiq oldu. Ardınca Yeqorun ofsayd üzündən qeydə alınmayan qolunu izlədik. İrəliləyən dəqiqələrdə qonaqların qapısına penalti təyin edildisə, VAR-a müraciət edən Rəşad Əhmədov qərarından döndü. Çünki 15-ci dəqiqədə Tamaşın qapı önündə Sorqaya yox, birbaşa topa müdaxilə etdiyi bəlli oldu. 29-cu dəqiqədə Boqomolski istəyinə çatdı. Belaruslu hücumçu bu dəfə qaydalar çərçivəsində fərqləndi. Beləliklə, gərgin mübarizə şəraitində keçən matçda hesab açıldı. Bundan sonra “Sumqayıt”ın oyun tərzində ciddi geriləmə hiss olundu. Samir Abasovun yetirmələri tutarlı hücum cəhdləriylə yadda qalmır, əksinə, müdafiə xəttində boşluqlara yol verirdi. Belədə komanda qayda pozuntularına səbəb olur, rəqibə növbəti qollar üçün şans verirdi. “Kimyaçılar”ın intizamsızlığını 44-cü dəqiqədə Emin cəzalandırdı. Daha dəqiq desək, Rəşad Əhmədov kapitanı aşkar qol imkanından məhrum edən, həmçinin az qala zədələnməsinə səbəb olacaq müdaxiləyə əl atan Tresora görə penalti təyin etdi. Mahmudov fürsətdən maksimum istifadə edərək fərqi artırdı. Çox keçmədən üçüncü qolu da izlədik. Yeqorun ötürməsindən sonra Emin dublunu rəsmiləşdirdi. Burda “Sumqayıt”ın müdafiə xəttinin kobud səhvini qeyd etməliyik. Nəticədə meydan sahibləri fasiləyə 0:3 hesabıyla yollandı.

İkinci hissə sanki birincinin davamı deyildi. Tərəflər meydanda yerini dəyişmişdi, amma paralel şəkildə güc nisbəti də dəyişmişdi. Ya bəlkə də bakılılar məsələni bitmiş sayaraq meydana çox arxayın çıxmışdı. Hücumların kəsərini azaldan qonaqlar “kimyaçılar”ın sürətli və dinamik oyun tərzi altında əzilməyə başladı. 60-cı dəqiqədə meydan sahiblərini ümidləndirən qol gəldi. Elvin Bədəlov Kehatın ötürməsini qola çevirdi. Əlbəttə, Rövlanın küncdən göndərdiyi topa düzgün istiqamətdə yön verdiyini də qeyd etmək lazımdı. Bundan sonra gah “Neftçi”, gah da “Sumqayıt” hücum edir, fərqlənmək istəyirdi. Lakin Bakıdan gələnlərin bu mənada çox istəkli göründüyünü demək mümkün deyil. Təbii ki, meydan sahibləri flaqmanı müdafiə xəttində yol verdiyi boşluqlara görə bağışlaya bilməzdi. Belədə hesab arasında fərqin minimuma enməsi qaçınılmaz oldu. “Gənclik şəhəri” təmsilçisinin 80-ci dəqiqədə vurduğu qol qaydalar çərçivəsində deyildisə, 89-cu dəqiqədəki qol qeydə alındı. Matias müdafiəçiyə yaraşmayan səhvə yol verib Ninqa üçün şərait yaradırsa, başqa cür ola bilməzdi. Beləliklə, “Sumqayıt” biabırçı ilk yarıdan sonra simasını qorudu və intriqanı Bakıdakı görüşə daşıdı.

Gözdən qaçmadı:
* Sumqayıtlı azarkeşlər “Neftçi”nin futbolçularını şüarlarla təhqir edirdi.
* Samir Abasov Emin Mahmudovun ikinci qolunda qayda pozuntusu olduğunu bildirərək yan xətt hakiminə kəskin etiraz etdi. Baş məşqçinin fikrincə, top “Neftçi”nin futbolçusuna çatmadan meydandan çıxmışdı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

25-10-2023, 20:0

“Sumqayıt” “Sabah”ı məğlub etdi - YENİLƏNİB

Premyer-liqa / Reportaj

26-12-2023, 23:0

Mehremiç Samir Abasovun üzünü güldürdü - REPORTAJ

Premyer-liqa / Reportaj

18-05-2023, 14:0

“Sumqayıt” cari mövsümdə 7-ci dəfə darmadağın oldu - REPORTAJ

Premyer-liqa / Reportaj

9-05-2023, 14:0

Şahin Diniyevin planı Sumqayıtda işə yaradı - REPORTAJ

Premyer-liqa

9-05-2023, 18:0

Məhsuldarlıq göz oxşadı, «Səbail» «zirzəmi”dən çıxdı

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
  • 26-07-2026, 22:0
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • 26-07-2026, 21:0
    Mançesterdən Madridə yollandı
  • 26-07-2026, 21:0
    İngiltərədə iş yerini dəyişə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 161
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə