Xviça Kvaratsxeliya 2026-cı ilin adamı adına layiq görülüb. PSJ-nin hücumçusu Fransanın nüfuzlu GQ jurnalının versiyasına görə 1-ci yeri tutub.
"Football-plus.az" xəbər verir ki, fərdi mükafat 1996-cı ildən təqdim olunur. İdman, kino, musiqi, moda və mədəniyyət sahələrində mühüm nailiyyətlər əldə edən və təsir göstərən şəxslərə verilir. Qeyd edək ki, mükafatın builki qaliblərinin sırasına fransalı MMA döyüşçüsü Salahdin Parnas da düşüb.
Xatırladaq ki, Kvaratsxeliya Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunun “Barselona” ilə matçında (4:2) dizinin çarpaz bağlarından zədələnib. Onun bərpasının təxminən 9 ay çəkə biləcəyi ehtimal edilir. Yeri gəlmişkən, gürcüstanlı futbolçu bu il “Qızıl top”un səsverməsində 6-cı yeri tutaraq mükafata namizəd göstərilən komanda yoldaşlarının hamısını qabaqlayıb.
GQ Kvaratsxeliyanı fərqləndirdi
Dünya futbolu




