Markinyosun PSJ-dəki karyerası ilə bağlı məsələyə aydınlıq gəlib.
"Football-plus.az" xəbər verir ki, rəhbərlik komandanın kapitanının gələcəyi ilə bağlı qərar qəbul edib. “RMC Sport”un məlumatına görə, Fransa klubu təcrübəli futbolçunu komandada saxlamaq qərarına gəlib. Rəhbərlik 32 yaşlı braziliyalı müdafiəçiyə müddəti 2029-cu ilin yayına qədər qüvvədə olacaq yeni müqavilə təklif edib. Tərəflər artıq şərtlərin müzakirəsi ilə bağlı danışıqlara başlayıb.
Markinyos PSJ-də 2013-cü ildən PSJ-də çıxış edir. Onun klubla hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Braziliyalı futbolçu parislilərin heyətində bütün turnirlərdə 531 oyuna çıxıb, 46 qol vurub və 12 məhsuldar ötürmə edib.
Kapitanın məsələsinə aydınlıq gəldi
Dünya futbolu





