ŞOK: Qəbələnin “evsiz” qoyduğu “Kəpəz” “Tofiq Bəhramov”da oynayacaq

26.02.2024 19:21 2 666
Premyer-liqa / Manşet
“Kəpəz” bundan sonra ev oyunlarını Qəbələdə keçirməyəcək. Çünki “Qəbələ” stadionun ot örtüyünün yükləndiyini əsas gətirərək, artıq “Kəpəz”in rəqiblərini orada qəbul etməsinə razı olmayıb.

“Football-plus.az”a daxil olan məlumata görə, oyunlarını keçirmək üçün stadion axtarışına çıxan Gəncə təmsilçisi artıq iki matç üçün “sığınacaq” tapıb. “Sarı-göylər” 26-cı turda “Neftçi”ni Tovuz şəhər stadionunda qəbul edəcək. 28-ci tur üçün nəzərdə tutulan “Kəpəz” – “Qarabağ” matçı isə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

KƏNAN BAHADIR