“Kəpəz” ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək

13.10.2023 16:28 301
Premyer-liqa
"Kəpəz" Gəncə şəhər stadionunda aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisinin müraciəti, “Turan Tovuz”un razılıq məktubu nəzərə alınaraq, “Kəpəz”in Tovuzda oynaması ilə bağlı qərar qəbul edilib.

Tərəflərin razılığı ilə Azər Məmmədovun yetirmələri ev matçlarını bu arenada keçirəcəklər. “Kəpəz”in əvəzedici heyəti isə Gəncə şəhər stadionunun ehtiyat meydançasından istifadəyə davam edəcək.

PFL yuxarıda qeyd olunan məqamlarla bağlı Azərbaycan Premyer Liqasının və Əvəzedicilər Liqasının 10-cu turunun cədvəllərində aşağıdakı dəyişiklikləri həyata keçirib.

Misli premyer-liqası
10-cu tur
21 oktyabr
“Kəpəz” – “Zirə”

Tovuz şəhər stadionu. 15.00

Əvəzedicilər Liqası
10-cu tur
19 oktyabr
“Turan Tovuz” – “Qarabağ”

Tovuz şəhər stadionu. 14.00

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul