"Football-plus.az" xəbər verir ki, avqustun 10-na nəzərdə tutulan matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20.00-da başlayacaq.
Ağdamlılar bu mövsüm Çempionlar Liqasındakı (ÇL) ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirib. Görəsən, klub "Tofiq Bəhramov"u əvvəlcədən UEFA-ya sifariş vermişdi? Yoxsa ÇL oyunlarından sonra bu istəyə düşdü? Sualımızı "köhlən atlar"ın baş meneceri Asif Əsgərova ünvanladıq:
"Biz Bakı Olimpiya Stadionunu ilk iki mərhələ üçün UEFA-ya sifariş vermişdik. Bunun da səbəbi "Tofiq Bəhramov"un ot örtüyündə problemin çıxması və əsaslı təmir olunması idi".
Stadionda oyun keçirmək mümkün idisə, "Qarabağ"ın "Rakuv"la cavab görüşünü burda keçirmək olardımı? Çünki "Tofiq Bəhramov" Ağdam təmsilçisinə doğmadı və "köhlən atlar" üçün daha ucuz başa gələcəkdi. Bu sualı da arenanın direktoru Tələt Məmmədova ünvanladıq:
"Ayın 2-də stadionumuzda oyun keçirmək mümkün deyildi".


