Belə ki, “sarı-göylər” təkcə 19-cu turdakı “Turan Tovuz”la oyunu yox, bütün qarşıdakı ev oyunlarını Qəbələdə keçirmək niyyətindədi. Artıq tərəflər arasında bu yöndə danışıqlar başlayıb. Xəbərin səhihliyini və Tovuz – Qəbələ yerdəyişməsinin səbəbini öyrənmək məqsədi ilə “Kəpəz”in baş məşqçisi Adil Şükürovla əlaqə saxladıq. Mütəxəssis “Football-plus.az”a açıqlamasında informasiyanın doğru olduğunu dedi:
“Bəli, Qəbələdə oynamaq istəyərdik. Lakin müəyyən maliyyə məsələləri var ki, klublar arasında qarşılıqlı razılıq əldə olunmalıdı. Bilindiyi kimi, komandamız təbii ot örtüyündə məşq edir. Lakin Tovuz stadionunda süni qazon üzərində oynamağa məcbur olur. Əlbəttə, Qəbələ variantı ümumi baxımdan daha yaxşıdı. Sözsüz, belədə zədələnmə ehtimalı daha azdı. Hələ ki tərəflər arasında danışıq gedir. İstəyimizin nə dərəcədə reallaşacağı sual atlındadı. İnşallah, yaxşı olar”.
KƏNAN BAHADIR






