“Mançester Yunayted”də ciddi itki

25.02.2024 13:00 154
Dünya futbolu
“Mançester Yunayted”də ciddi itki baş verib.

“Football-plus.az” xəbər verir ki, Rasmus Heylunn bir müddət oynaya bilməyəcək. Danimarkalı hücumçu əzələ problemi ilə üzləşib. 21 yaşlı futbolçunun təxminən 2-3 həftə oynaya bilməyəcəyi xəbər verilib.

Heylunn bu mövsüm bütün turnirlərdə MY-nin formasında meydana çıxdığı 30 matçda 13 qol vurub və 2 məhsuldar ötürmə edib.