“Mançester Yunayted”də ciddi itki

13.05.2023 15:57 291
Dünya futbolu
“Mançester Yunayted” mövsümün həlledici mərhələsində ciddi itki ilə üzləşib.

"Football-plus.az" xəbər verir ki, komandanın əsas bombardiri Markus Reşford növbəti dəfə zədələnib.

Baş məşqçi Erik ten Haq onun “Vulverhempton”a qarşı çempionat matçında iştirak etməyəcəyini bildirib.

Reşford bu mövsüm premyer-liqada meydana çıxdığı 33 oyunda 16 qol vurub.