“Mançester Yunayted”də ciddi itki

5.11.2023 16:30 213
Dünya futbolu
Kazemiro bir müddət futbol oynaya bilməyəcək.

"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted”in yarımmüdafiəçisi İngiltərə Liqa Kubokunun “Nyukasl” ilə oyununda (0:3) xəsarət alıb. Braziliyalı futbolçu bu səbəbdən 46-cı dəqiqədə əvəzlənib. Erik ten Haq onun vəziyyətinə geniş müayinədən sonra aydınlıq gələcəyini bildirib. Niderlandlı baş məşqçi Kazemironun premyer-liqanın “Fulhem” ilə növbəti oyununu buraxacağını deyib.

Təcrübəli futbolçu bu mövsüm İngiltərə çempionatında keçirdiyi 8 oyunda 1 qol vurub.