ÇL: həftənin ən yaxşı oyunçusu kim olacaq?

22.02.2024 12:26 173
Dünya futbolu
UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

1/8 finalın ilk oyunları çərçivəsində keçirilən 4 matçın nəticəsinə əsasən müəyyən edilən namizədlərin siyahısına Marko Arnautoviç (İnter), Qaleno (Portu), Coy Veerman (PSV) və Robert Levandovski (Barselona) layiq bilinib.

Həftənin ən yaxşı oyunçusu UEFA-nın rəsmi saytında eçirilən səsvermə yolu ilə müəyyən ediləcək. Qalibin adı cümə günü açıqlanacaq.