"Bu, həm də şəhərin istəyidi"

23.02.2024 21:35 257
Premyer-liqa / Manşet
Misli premyer-liqasının 24-cü turunda "Kəpəz" "Qəbələ"ni məğlub edib - 2:1.

"Football-plus.az" xəbər verir ki, oyundan sonra gəncəlilərin baş məşqçisi Adil Şükürovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

"Ağır oyun olacağını gözləyirdik. İstəyimiz ən azından bir xal qazanmaq idi. Qələbə bizim üçün çox sevindirici oldu. Komanda bütün gücünü qoydu. Çox sevincliyik".

- Artıq minimum hədəfə çatdığınızı demək olar?
- Hələ çox tezdi. Qarşıda ağır oyunlar var. Bu gün udduq, amma o demək deyil ki, işimizi həll etdik. Yerimizi daha da möhkəmləndirməliyik.

- Komandanın potensialı nəyə qadirdi?
- Bizdən öndə olan komandalarla xal fərqini azaltmağa çalışacağıq. Amma əsas hədəfimiz premyer-liqada qalmaqdı.

- Avrokuboklar uğrunda mübarizə apan komandalar "Kəpəz"ə 3 xal kimi baxacaq. Bu, sizə mane olmayacaq?
- Digər komandaların bizdən gözləntiləri nədi, bilmirəm. Bizim öz hədəfimiz var. Premyer-liqada qalmağı təmin edəndən sonra bizdən öncə gedən rəqiblərə çatmağa çalışacağıq. Digər komandaların "Kəpəz"lə oyuna 3 xal üçün çıxmaqları bizim üçün üstünlükdü. Gəlsinlər, onları qarşılayacağıq.

- Bu oyuna görə xüsusi mükafat olacaq?
- Mükafatla bağlı heç nə danışmırıq. Futbolçuların düşüncəsi belə olmalıdı ki, komanda uduzmasın. Bundan sonra mükafatla bağlı qərarı rəhbərlik verir. Bizim üçün ən vacibi yaxşı oyun göstərməkdi.

- Giorgi Papunaşvilinin komandanın lideri olduğunu demək olar?
- Tək Papunaşvili yox, ehtiyatda olan Turalı, Vurğunu da qeyd edərdim. Biz kollektiv formalaşdırırıq. Hər kəsin istəyi odu ki, komanda qalib gəlsin. Futbolçulardan əlavə, bu, həm də şəhərin istəyidi.