“Qarabağ” layiqli qələbə qazandı”

4.12.2023 22:34 211
Premyer-liqa / Manşet
Misli premyer-liqasında 15-ci tura yekun vurulub.

“Football-plus.az” xəbər verir ki, “Qarabağ” “Qəbələ”ni qəbul edib - 3:0. Matçdan sonra qonaqların çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Bizim üçün ağır oyun alındı. Rəqib istədiyimizi meydanda göstərməyə imkan vermədi. Komandamdan daha çox dinamika gözləyirdim. Amma yenə qol epizodlarımız oldu. Hesab 1:0 olanda, epizodları vursaydıq, nəticə fərqli olardı. Səviyyə fərqini danmaq olmaz. "Qarabağ" layiqli qələbə qazandı”.


- "Kəpəz"lə matçınız olacaq, altı xallıq oyundu. Bu görüş nə dərəcədə önəmlidi?
- Hələ o oyunu düşünmürdük. Bu matçı fikirləşirdik.Hər xal önəmlidi. Çempionatda hər komandadan xal almaq mümkündü.

- Ülvi İsgəndərov haqda hansı fikirdəsiz? Keçən mövsüm qollar vururdu...
- Ülvi də çalışır. Keçən il daha uğurlu alınırdı. Daha da artığını etməlidi ki, qolları gəlsin. Potensialı olan futbolçudu. Üzərində çox işləməlidi ki, alındırsın.

- "Qarabağ"ın ağır səfərdən gəlməsi sizdə az da olsa, arxayınçılıq yaratmamışdı?
- Bizim üçün ağır olacaqdı. Mövsümün əvvəlində "Omoniya" ilə oynadıq, iki gün sonra "Sabah"a uduzduq. Bizim kimi komandalara ağır olur. Amma "Qarabağ"ın heyəti genişdi, onlar üçün rotasiyaya etmək rahatdı.

- İlk qolu analiz etdiz?
- Hələ baxmamışam. Rahat qol olmur. Rəqibin də vurduğu qolu kiçiltmək lazım deyil. Sadəcə boşluqdan istifadə etdilər.