• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qəbələdə 90 dəqiqəlik ölüm-qalım savaşı! - "Savadlı azarkeş “Kəpəz”dən böyük nailiyyət gözləyə bilməz"

Premyer-liqa / Manşet

23-02-2024, 12:0

Bu gün Misli premyer-liqasında 24-cü tur başlayır.

Günü xüsusiləşdirən məqam isə “Kəpəz” – “Qəbələ” oyunudu. Çünki bu komandalar autsayder mövqeyində qərarlaşıb və bir-birinin əsas rəqibi sayılır. Nəzərə alaq ki, son həftələrdə autsayderlərdən “Turan Tovuz”la “Sabah” xallar qazanaraq fərqi xeyli artırıb. Belə getsə, ciddi rəqabət məhz sabahkı oyunun iştirakçıları arasında olacaq. Bu üzdən nəticə hər iki tərəf üçün vacibdən də vacibdi. Ümumiyyətlə, oyunun 3 yox, 6 xal dəyərində olduğunu iddia etmək olar. Bəs bu mənada kimi daha şanslı saymaq mümkündü?

Komandaların cari mövsümdəki nəticələrinə nəzər salaq. Ümumi xal ehtiyatı baxımından “Kəpəz” “Qəbələ”ni üstələyir. Lakin bu həm də komandaya zərər verə bilər. Yəni söhbət arxayınlaşmaqdan və matça ciddi yanaşmamaqdan gedir. Düzdü, “sarı-göylər”in baş məşqçisi qətiyyətlə bildirir ki, belə halın yaşanmasına imkan verilmir və verilməyəcək. Lakin “Kəpəz”in xal fərqini 5-ə çatdırandan sonra ardıcıl iki oyunda uduzması yaxşı əlamət deyil. Qapıçı İqor Rodriges 18-21-ci turlar aralığında qarşısını ala bilmədiyi 6 qolu, sadəcə, son iki matçda buraxıb. Vurulan qolların sayında da eniş var. 21-ci turda “Araz-Naxçıvan”a 3 qol vuran komanda son iki turda 3 dəfə fərqlənib. Əlbəttə, rəqibdən rəqibə fərq var və ya hər oyun özünəməxsus ab-havada keçir. Amma tarixdə nəticə qalır və rəqəmlər deyir ki, “Kəpəz” eniş yaşayır!

Sonuncu qələbəsinə 18-ci turda sevinən “Qəbələ”dən danışaq. Elmar Baxşıyevin yetirmələri həmin gündən bəri 3 məğlubiyyət, 1 heç-heçə yaşayıb. Həmin oyunlarda 3 qol vurulubsa, yeddisi buraxılıb. Ümumiyyətlə, “qırmızı-qaralar” son 10 turda cəmi iki dəfə meydandan qalib ayrılıb. Görünən odu ki, klubdaxili islahatlar heç cür fayda vermir. Komandanın məhz bu oyun üçün üstünlüyü isə doğma meydan amilindən başqa bir şey deyil. Ənənəvi azarkeş dəstəyini qeyd etmək istərdik, lakin onsuz da çox az sayda futbolsevərin stadiona gəlməsi bunu da əhəmiyyətsizləşdirir. Yenə də kollektivin “Kəpəz”dən daha çox dəstək alacağını demək mümkündü. Stadiondan söz açmışkən, bildirək ki¸Gəncə təmsilçisi üçün bunun o qədər də əhəmiyyəti olmaya bilər. Çünki idman qurğusu təbii ot örtüyü ilə təchiz olunub. Belədə “sarı-göylər” özünü ən yaxşı tərəfdən göstərməyə nail ola bilir.

Mövzunu dərinləşdirmək məqsədilə komandaların baş məşqçiləyirlə əlaqə saxlamaq qərarına gəldik. Futbolçuların hazırlıq prosesi, düşərgədəki ümumi ab-hava, gözləntilər, hansısa çatışmazlıqların olub-olmaması, yəqin ki, bizim qədər oxucularımız üçün də maraqlıdı. Təəssüf ki, “Qəbələ” tərəfindən nə Elmar Baxşıyev, nə də komanda üzvləri danışmaq istədi. Klubun mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı oyunöncəsi açıqlama verməyin uyğun olmadığını bildirdi. “Kollektivdə zədəli varmı” sualımızın cavabı isə belə oldu:

“Bəli, Klesio Bauk zədəlidi. Məşqlərdə iştirak etmir. Hazırda bərpa prosesi keçir. “Kəpəz”lə oyunda çıxış edə bilməyəcək”.

“Qəbələ”nin azarkeş qrupu “Red Black Army”in üzvü Nəriman Təbrizin düşüncələrini isə öyrənə bildik:

“Ümid edirik ki, komandamız qələbə qazanacaq. Qarşıda bir neçə tur olmasına baxmayaraq, oyuna sonuncu şansımız kimi yanaşmalıyıq. Hər iki komanda çətin sınaqlardan üzüağ çıxa bilir. Məncə, “Qəbələ” ən optimal oyununu göstərsə, istədiyimizi alacağıq. Bu alınmasa, heç kim üçün yaxşı olmayacaq. Ümumiyyətlə, xal itkilərinin önünə keçməliyik. Xeyli azarkeşin bu oyuna marağı var. İnanıram ki, komandamız tək olmayacaq. Qələbə qazanmasaq, bizi çox çətin günlər gözləyir”.

“Kəpəz”in düşərgəsindəki vəziyyətə gəlincə, baş məşqçi Adil Şükürovun fikirlərini öyrəndik. Mütəxəssis hazırlığın tam sürətlə davam etdiyini dedi:

“Bizi çox ağır və çətin oyun gözləyir. Cavad Kərimov zədəlidi, bu matçda bizə kömək etməyəcək. Hədəfimiz minimum bir xala yiyələnməkdi. Komandanı stadionda baş verə biləcək bütün hallara hazırlayırıq. Düşünürəm ki, inşallah, hədəfimizə çatacağıq. Matçın Qəbələnin stadionunda olması və ya azarkeş dəstəyinin azlığı kimi məsələlər bizə problem yaratmamalıdı. Oyunçulardan məhz bunu tələb edirəm”.

Kollektivin hücumçusu Amil Yunanova gəlincə, o, saytımıza açıqlamasında meydana məhz qələbə üçün çıxacaqlarını dedi:

“Hədəfimiz 3 xal qazanıb “Qəbələ” ilə xal fərqini səkkizə çatdırmaqdı. Bilirik ki, qarşı tərəf çempionatdakı əsas rəqibimizdi. Yuxarı pillələrdə olan kollektivlərin irəliləməsi bizi məcbur edir ki, maksimum nəticə əldə edək. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirəcəyik. Ümumi ab-havamız normaldı. Oyuna sakit yanaşmağa çalışırıq. Görüşün Qəbələnin meydanında olmasının mənfi təsirləri haqda düşünmürük”.

“Xəmsə” fanklubunun idarə heyətinin üzvü Aqşin Əsgərovun oyun haqda fikirlərini və komandadan gözləntilərini dinləyək:

“Rəhbərlik məhz bu matçda azarkeşlərin stadiona cəlb edilməsinə xüsusi önəm verir. Hətta Bakıda yaşayan tərəfdarların Qəbələyə gəlməsi üçün nəqliyyat vasitələri ayrılıb. Hədəf tribunaların doldurulmasıdı. Ümumi durum bəllidi. Savadlı azarkeş “Kəpəz”dən böyük nailiyyət gözləyə bilməz. İndiki halda, sadəcə, çılğınlar komandadan ciddi nəticə tələb edər. Bəzi oyunlarda məğlubiyyəti qəbul etmək, vəziyyətlə barışmaq mümkündü. Bu görüş üçün “Xəmsə”nin istəyi qələbə, ən azı məğlub olmamaqdı. Xal fərqini artıra bilməsək belə, azalmasına imkan verməməliyik. Komandamıza uğrular arzulayıram”.


Nəhayət, mözvuyla bağlı mütəxəssis fikrinə də ehtiyac duyduq. Bəxtiyar Musayev “Qəbələ”nin daha şanslı olduğunu dedi:

“Qırmızı-qaralar” qeyri-sabit çıxış edir. Gah sürətli və dinamik oyun göstərirlər, gah da futbolçular sanki gəzməyə çıxıb.... Komanda qol buraxandan sonra oyundan qopur. Bu və başqa problemlər aradan qaldırılsa, qələbə qazanıla bilər. Oyunçular yaxşı nəticə istəyirsə, Elmar Baxşıyevin tapşırıqlarını yerinə yetirməlidi. Belədə “Qəbələ”nin qalib gəlmək ehtimalı daha böyükdü. “Kəpəz”in vəziyyəti daha pisdi. Gəncə təmsilçisi həm büdcə, həm də heyət baxımından zəngin deyil. Mövcud futbolçular da yaxşı çıxış etmir. Bu mənada Adil Şükürovu qınamıram. Mövsümün, demək olar ki, ortasında gəlib. Qış fasiləsində müəyyən transferlərlə kollektivi gücləndirə bildi. Nəticələrə baxsaq, “Kəpəz”in ardıcıl qələbələrini yüksəliş, məğlubiyyətlərini eniş adlandırmaq düzgün deyil. “Sarı-göylər”in taleyini daha çox bəxt həll edir. Ümumiyyətlə, mövsümün sonuna qədər “Qəbələ” ilə “Kəpəz”in rəqabətini izləyəcəyik. Başqa komandalar fərqi artırıb. Kollektivlər bütün oyunlara ciddi hazırlaşmalıdı”.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

5-05-2023, 19:0

“Sabah”dan qələbə - YENİLƏNİB

Premyer-liqa

22-10-2022, 13:0

"Kəpəz" "Qəbələ" ilə matça itkilərlə çıxacaq

Dünya futbolu

27-03-2023, 22:0

Üçüncü dövrədə zəiflər arasında ən güclü “Kəpəz”di! - TƏHLİL

Premyer-liqa / Manşet

28-09-2023, 23:0

“Kəpəz”in sərgərdan həyatı başlayır: Tovuz, Qəbələ, Bakı, bəlkə Yevlax? - AÇIQLAMA

Premyer-liqa / Manşet

22-01-2024, 19:0

"Kəpəz"dən qələbə, Səbaildə bərabərlik - YENİLƏNİB

Premyer-liqa / Manşet

7-01-2024, 16:0

“Kəpəz” qalan ev oyunlarını Tovuzda keçirmək istəmir – bəs pul?

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə