“Sabah”dan qələbə - YENİLƏNİB

5.05.2023 19:52 337
Premyer-liqa / Manşet
Bu gün Misli premyer-liqasında 33-cü start verilib. İlk oyun günündə bir qarşılaşma baş tutub.

"Football-plus.az" xəbər verir ki, “Kəpəz” Qəbələdə “Sabah”ı qəbul edib. Görüş “CBC Sport” telekanalı vasitəsiylə canlı yayınlanıb.

Misli premyer-liqası
4-cü dövrə, 33-cü tur
5 may
Kəpəz – Sabah
0:3
Aleksey Kaşuk, 4, Emmanuel Apeh, 16, Davit Volkov, 83
“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 1:+0=1-0, 2:2.
2022/23 – 2:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Qəbələ. Şəhər stadionu. Saat 18.00

Həftənin açılış matçında “Kəpəz” “Sabah”ı qəbul edəcək. Gəncədəki ilk oyunda “bayquşlar” çətinliklə heç-heçəyə nail olmuşdu. Bu görüş isə fərqli olacaq. Ən azı ona görə ki, Qəbələdə keçiriləcək.

Oyunun maraqlı keçəcəyini əvvəlcədən təxmin etmək mümkündü. Çünki gəncəlilər premyer-liqada qalmaq uğrunda mübarizə aparır. Və bu matçda əldə ediləcək 3 xal böyük ehtimalla “sarı-göylər”in əsas hədəfinə çatmasını şərtləndirəcək. Düzdü, bu baxımdan digər görüşlərdə qeydə alınacaq nəticələr də vacibdi. Amma istənilən halda, mümkün 3 xal gəncəlilər üçün hava-su kimi önəmlidi.

“Sabah” isə hələ də çempionluq şansını davam etdirir. Lider “Qarabağ”ın son 4 turda büdrəyəcəyi hər nə qədər real görünməsə də, “bayquşlar” özü də maksimuma köklənməlidi. Qəbələdə gerçəkləşəcək görüşün favoriti də bakılılardı. Lakin Gəncə klubunun qələbəsi sensasiya sayılmayacaq.