"Kəpəz" "Qəbələ" ilə matça itkilərlə çıxacaq

22.10.2022 13:56 393
Premyer-liqa
"Kəpəz" Misli premyer-liqasının 11-ci turunda səfərdə "Qəbələ"nin qonağı olacaq.

Football-plus.az xəbər verir ki, Gəncə təmsilçisi bu qarşılaşmaya ciddi itkilətlə çıxacaq.

"Sarı-göylər"in müdafiəçisi Zamiq Əliyev cəzalı olduğu üçün matçı buraxacaq. Əfran İsmayılov, Samir Məhərrəmli və Peyman Keşavarzi isə zədə səbəbindən oyuna tribunadan baxacaqlar.

"Qəbələ" - "Kəpəz" görüşü bu gün saat 16.00-da Qəbələ şəhər stadionunda baş tutacaq.