• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Üçüncü dövrədə zəiflər arasında ən güclü “Kəpəz”di! - TƏHLİL

Dünya futbolu

27-03-2023, 22:0

Premyer-liqanın 3-cü dövrəsi başa çatdı.

Etiraf etmək lazımdı ki, son 9 tur olduqca maraqlı və gərgin keçdi. Ancaq qış fasiləsindən sonra qeydə alınan nəticələri nəzərə alsaq, turnir cədvəli aşağıdakı kimi olardı:

1 2 3 4
Qarabağ 6 3 0 21
Sabah 6 1 2 19
Neftçi 5 3 1 18
Turan Tovuz 3 2 4 11
Qəbələ 2 5 2 11
Kəpəz 2 4 3 10
Sumqayıt 3 0 6 9
Zirə 2 3 4 9
Səbail 2 2 5 8
Şamaxı 2 1 6 7
1 – qələbə, 2 – heç-heçə, 3 – məğlubiyyət, 4 - xal

Nəticələrə baxarkən Ayxan Abbasovun rəhbərlik etdiyi “Turan Tovuz”un “Qəbələ” və “Zirə”ni qabaqlaması diqqəti çəkir. Ümumiyyətlə, bu komanda sponsor tapandan sonra nəticələri yaxşılaşıb. Martın 31-də isə 4-cü dövrəyə start veriləcək. Son 9 turdan sonra turnir cədvəli tam şəkillənəcək. Amma faktiki ilk “3-lük” böyük ölçüdə bəllidi. Sadəcə, “Neftçi” qarşıdakı dövrədə 6 xallıq fərqi aradan qaldıra bilər. 4-cü pillədə qərarlaşan “Zirə”nin və ya 5-ci “Qəbələ”nin 9 tur ərzində “ağ-qaralar”ı keçməsi real görünmür.

Sözsüz, əsas mübarizə Konfrans Liqasına son vəsiqə və premyer-liqada yerini qorumaq uğrunda gedəcək. “Zirə” ilə “Qəbələ”nin duelində konkret üstün tərəf yoxdu. Sadəcə, “qırmızı-qaralar” ölkə kubokunu qazansa, bu mübarizə haqda danışmağa lüzum qalmayacaq. İstənilən halda, son pillərdəki komandaların performansı bu yarışa da xüsusi təsir edəcək. Yuxarıda qeyd etdiyimiz kimi, son illərin ən gərgin premyer-liqasını izləyirik. Çünki bu mövsüm bir kollektiv çempionatı tərk edəcək. 4 komandadan biri gələn mövsüm divizionda çıxış edə bilər. Söhbət “Kəpəz”, “Sumqayıt”, “Şamaxı” və “Səbail”dən gedir. Heyət baxımından ən zəif kollektiv “şirlər”di. Şamaxı təmsilçisi ancaq yerli futbolçulardan formalaşıb. Qalan 3 komandanın heyətində isə güclü legionerlər var. Bu amil premyer-liqanın sonuncusunu bəlli edə bilər. Lakin Vüqar Əsgərli ilə Cavid Hüseynovun birgə rəhbərlik etdiyi komanda əzmkarlıqda başqalarından geri qalmır.

Bəs sonuncu kim olacaq? Bunun cavabını tapmaq üçün 3 məqama diqqət yetirməliyik: komandanın gücü, son 9 turun qrafiki və ev oyunlarının sayı. Birinci məsələyə aydınlıq gətirdik. İndi də 9 turun qrafikinə nəzər yetirək:

“Kəpəz”
“Səbail” (e) “Qarabağ” (s), “Turan Tovuz” (e), “Şamaxı” (s), “Sumqayıt” (e), “Sabah” (e), “Zirə” (s), “Neftçi” (e), “Qəbələ” (s)
“Sumqayıt”
“Turan Tovuz” (s), “Neftçi” (e), “Şamaxı” (s), “Qəbələ” (e), “Kəpəz” (s), “Səbail” (e), “Sabah” (e), “Qarabağ” (s), “Zirə” (e)
“Şamaxı”
“Qarabağ” (e), “Turan Tovuz” (s), “Sumqayıt” (e), “Kəpəz” (e), “Sabah” (s), “Zirə” (e), “Neftçi” (s), “Qəbələ” (e), “Səbail” (s)
“Səbail”
“Kəpəz” (s), “Sabah” (e), “Zirə” (s), “Neftçi” (e), “Qəbələ” (s), “Sumqayıt” (s), “Qarabağ” (e), “Turan Tovuz” (s), “Şamaxı” (e)

“Şamaxı” 4-cü dövrəyə çətin rəqiblə başlayır. “Şirlər”in ağdamlıları məğlub etməsi sensasiya sayılacaq. Hətta “Şamaxı”nın “köhlən atlar”dan 1 xal alması belə qızıla bərabər olacaq. “Sumqayıt” da səfərdə “Turan Tovuz”u məğlub etmək potensialındadı. “Kəpəz”lə “Səbail” isə Gəncədə üz-üzə gələcək. Burda üstünlük meydan sahiblərindədi. Çünki “sarı-göylər” doğma şəhərdə hələm-hələm məğlub olmur. Ümumiyyətlə, bu görüşdə qalib gələcək komanda premyer-liqada qalmaq baxımından böyük iş görmüş olacaq. “Kəpəz” qələbə qazansa, demək olar ki, 60 faiz bu işin öhdəsindən gələcək.
Dövrənin ikinci turunda isə 4 kollektivdən üçü güclü rəqiblərlə üz-üzə gələcək. Yalnız “Şamaxı” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. “Şirlər”in rəqiblərinin büdrəyəcəyini ehtimal etsək, Vüqar Əsgərlinin rəhbərlik etdiyi kollektivin tovuzluları məğlub etməsi şərt olacaq. Bu alınmasa, şamaxılılar üçün vəziyyət daha da qəlizləşəcək.

Premyer-liqanın 30-cu turu bir çox məsələlərə aydınlıq gətirə bilər. Məsələn, “Kəpəz” Qərb derbisində qələbə qazansa, işini daha da asanlaşdıracaq. Tovuzlular gəncəlilərin sevinməsinə asanlıqla imkan verməyəcək. “Şamaxı” isə əsas rəqiblərindən “Sumqayıt”ı məğlub etməlidi. Əks halda “şirlər”in işi çox çətinləşəcək. Heç-heçə isə hər iki komandanı təhlükəli mövqedə saxlayacaq. “Səbail”in avrokuboklar üçün can atan “Zirə”ni səfərdə məğlub etməsi o qədər də real deyil. 31-ci turda ölüm-dirim mübarizəsi Şamaxıda baş tutacaq. Bu görüş hər iki kollektiv üçün “davam, yoxsa tamam” matçı ola bilər. Burda qeydə alınacaq istənilən nəticə premyer-liqanın alt sıralarına təsir edəcək. “Səbail”in doğma meydanda “Neftçi”ni, “Sumqayıt”ın isə “Qəbələ”ni məğlub etməsi o qədər də asan olmayacaq. Bu görüşlərdə adı çəkilən kollektivlərdən birinin 1 və ya 3 xal alması işlərinin daha da qəlizləşməsinin qarşısını alacaq. 32-ci turda “Kəpəz”in premyer-liqada qalması rəsmiləşə bilər. “Sarı-göylər” “Sumqayıt”la matça kimi 4 oyunda 7 xal yığsa, “kimyaçılar”ı da məğlub etsə, növbəti mövsüm də Gəncə təmsilçisini elitada görəcəyimizi söyləyə bilərik. “Şamaxı”nın “Sabah”, “Səbail”in isə “Qəbələ” səfərinə yollanması gəncəlilər üçün daha bir üstünlük sayılacaq. 33-cü turdakı “Sumqayıt” – “Səbail” matçı da bir çox məqamı aydınlaşdıra bilər. Ən azı Samir Abasov – Şahin Diniyev duelini izləməyə, “dənizçilər”in 3-cü dövrədə son dəqiqədə vurulan qolun intiqamını alıb-almayacağına baxmağa dəyər. 34-cü turda 4 kollektivin hamısı həm heyət, həm də maddi baxımından özlərindən güclü rəqiblərlə qarşılaşacaq. Bu görüşlərdən birində hansısa kollektivin 1 xal alması belə qızıla bərabər olacaq. 35-ci tur da, demək olar ki, 34-cü tura bənzəyəcək. Sadəcə, “Səbail” səfərdə “Turan Tovuz”u məğlub edərək işini asanlaşdıra bilər. Lakin deyə bilərik ki, bu turda premyer-liqada qalacaq 4 klubdan ikisinin adı konkretləşə bilər.

Bütün məqamları və oyunları kənara qoysaq, premyer-liqanı tərk edəcək komandanın son turda bəlli olacağını söyləmək olar. Çünki 36-cı həftədə “Səbail” doğma meydanda “Şamaxı”nı sınağa çəkəcək. Bu görüş hər şeyi bəlli edə bilər.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

7-10-2022, 19:0

“Zirə”dən qələbə - YENİLƏNİB

Premyer-liqa / Manşet

4-11-2022, 16:0

"Şamaxı" Tovuz səfərindən 3 qollu qələbə ilə dönür - YENİLƏNİB

Premyer-liqa

16-11-2022, 23:0

Liderlər xal itirdi, “Neftçi” turdan qazanclı çıxdı - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

25-10-2022, 15:0

“Sabah” “Qarabağ”ın “yaxasından əl çəkmir” - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

17-12-2022, 22:0

Lider fərqi artırdı, autsayder dəyişdi - TURUN ŞƏRHİ

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Dünən, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Dünən, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Dünən, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Dünən, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Dünən, 12:03
    48 milli komanda, 48 fakt
  • Dünən, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Dünən, 11:24
    Milli komandada yeni müqavilə
  • Dünən, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Dünən, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Dünən, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Dünən, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Dünən, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 252
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 244
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə