Türkiyə superkuboku uğrunda matçın məkanı və zamanı artıq dəqiqləşib.
"Football-plus.az" xəbər verir ki, Türkiyə Futbol Federasiyasının qərarı ilə ''Fənərbaxça'' ilə ''Qalatasaray''ın üz-üzə gələcəyi superkubok aprelin 7-də Şanlıurfada keçiriləcək. 7 aprel bazar gününə təsadüf edir. Həmin həftəsonu isə Türkiyə çempionatında 32-ci turun oyunları nəzərdə tutulmuşdu. Düşünmək olardı ki, yalnız ''Fənərbaxça'' ilə ''Qalatasaray''ın oyunları ləğv olunacaq. Amma TFF fərqli qərar qəbul edib. Belə ki, superkubok oyununa görə 5-8 aprel tarixində keçirilməli olan 32-ci tur bütövlükdə baş tutmayacaq. Həmin tarixdən başlayaraq bütün turlar bir həftə irəli çəkilib. Başqa sözlə desək, mövsüm əvvəlcədən proqnozlaşdırıldığı kimi mayın 19-da yox, bir həftə sonra mayın 26-da başa çatacaq.
ƏLİ