"Football-plus.az" xəbər verir ki, görüş dekabrın 30-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən ''Kral Səud Universiteti Stadionu'' və ya ''Əl-Avval Park'' kimi tanınan arenada keçiriləcək.
2015-də istifadəyə verilən, 2020-də yenilənən və 25 min azarkeş tutumuna malik bu stadionda Kriştiano Ronaldonun şərəfini qoruduğu ''Əl-Nəssr'' ev oyunlarını keçirir. İstanbul nəhənglərinin duelindən öncə bir türk sənətçinin iştirakı ilə konsert də keçiriləcək. Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasser Əl-Misehal bunları deyib:
''Bu il Türkiyə superkubokunda Türkiyənin iki böyük klubu qarşılaşır. Hər ikisi eləcə də Avropada sayılıb-seçilən klublardandı. Çox maraqlı və həyəcanlı bir qarşılaşma olacaq. Bundan başqa Türkiyə Futbol Federasiyası dünyanın ən inkişaf etmiş federasiyalarından biridi. Ona görə də bu qurumla stratejik əməkdaşlığımız var''. Qeyd edək ki Türkiyə futboluna könül verənləri ilin sonunda 7 gün ərzində 2 möhtəşəm derbi gözləyəcək. Çünki əzəli rəqiblər dekabrın 24-də Türkiyə çempionatı çərçivəsində də qarşılaşacaq. Həmin oyun ''Fənər''in meydanında keçiriləcək.
ƏLİ





