Fransa çempionatında 2-ci dövrə start götürdü.
"Football-plus.az" xəbər verir ki, lider PSJ səfərdə qarşılaşdığı “Lans”ı 2:0 hesabıyla məğlub etdi. Təbii ki, oyunun belə nəticələnməsində “qan-qızılılar”ın mərkəz müdafiəçisi Qraditin ilk yarının sonunda meydandan qovulması böyük rol oynadı. Üstəlik “Lans”dan Frankovski 6-cı dəqiqədə penaltini boşa verdi, daha dəqiqi, Donnarumma ilə dueldən məğlub ayrıldı. PSJ bu qələbə sayəsində ən yaxın izləyicisindən 8 xal uzaqlaşdı.
İş ondadı ki, “Nitsa” hesabat turunda səfərdə “Renn”ə uduzdu. Hesabat turunda “Monako” da məğlub oldu. “Knyazlar” gözlənilmədən evdə “Reyms”dən üç top buraxdı. Ben Yedder 49-cu dəqiqədə hesabı bərabərləşdirməklə onları ümidləndirsə də, sonradan qonaqlar daha iki qol vurdu. “Monpelye”ni qəbul edən “Brest” “Monako”nun xal itkisindən yararlanıb ilk “3-lüy”ə daxil oldu. “Brest”in mövsümdəki 10-cu qələbəsi 2:0 yox, daha fərqli hesabla ola bilərdi. Meydan sahibləri çoxlu qol imkanını qaçırdı.
İlk 4 komandadan sonra “Lill” qərarlaşıb. Evdə “Loryan”ı darmadağın edən “şimallı itlər” bu komandanı turnir cədvəlinin sonuncu pilləsinə göndərdi. “Klermon” isə səfərdə “Nant”ı məğlub etməklə zirzəmidən çıxdı.
Nəhənglərdən “Marsel” heç cür irəliləyə bilmir. Cennaro Qattuzonun çalışdırdığı komanda “Strasbur”la oyunun favoriti idi. Jiqo 3-cü dəqiqədə hesabı açdı və bundan sonra “Marsel” oyunun axarına tam nəzarət etdi. Amma komanda 2-ci qolu vurmamağın əvəzini ağır ödədi. İlk uzatma dəqiqəsində sonradan meydana çıxan Seba “status-kvo”un bərpa etdi.
Turun qalan oyunlarına gəlincə, “Tuluza” səfərdə “Mets”i, “Havr” isə evdə “Lion”u məğlub etdi. Yeri gəlmişkən, “Lion”un rəsmi saytı baş məşqçi Pyer Sajın 2023/24 mövsümünün sonuna qədər “sükan arxasında” qalacağını xəbər verib. 44 yaşlı fransalı mütəxəssis noyabrın 30-da – Fabio Qrossonun istefasından sonra baş məşqçi səlahiyyətlərini yerinə yetirməyə başlayıb. Saj komandanın cari mövsümdəki 3-cü çalışdırıcısıdı.
18-ci tur
Lans – PSJ 0:2
Barkola, 30. K.Mbappe, 89. (38200)
PSJ: Donnarumma, Markinyos, Pereyra, L.Ernandes, Zair-Emeri, Vitinya, Uqarte, Soler (Ruis, 62), Barkola, K.Mbappe, Dembele.
Renn – Nitsa 2:0
Burijo, 31-p. Kalimuendo, 54. (26680)
Nitsa: Bulka, Bar, Dante, Ndaişimay, Lotomba, Sanson (Luşe, 78), Klod-Moris (Belayan, 64), Rosario, Gessand, Moffi (Buanani, 77), Lyabord (Şo, 64).
Monako – Reyms 1:3
Ben Yedder, 49 – Teuma, 35. Hadra, 55. Matusiva, 90+6. (4302)
Monako: Ken, Vanderson, Kerer, Maqassa, Maripan, Uattara (Kartilye, 82), Zakariya, Fofana (Boadu, 72), Qolovin, Akliuş (Baloqun, 46), Ben Yedder.
Marsel – Strasbur 1:1
Jiqo, 3 – Seba, 90+1. (53616)
Marsel: Lopes, Balerdi, Jiqo, Meyte, Kloss, Nadir (Mayoka-Tika, 90), Kondoqbia (Onana, 73), Veretu, Murilyo, Obameyanq, Vitinya.
Lill – Loryan 3:0
Devid, 37. Kabella, 90. Jeqrova, 90+3. (35204)
Brest – Monpelye 2:0
Maqnetti, 48. Le Duaron, 90+2. (12712)
Mets – Tuluza 0:1
Syerro, 12-p. (21065)
Nant – Klermon 1:2
Molle, 47 – Nikolson, 29. Allevina, 89. (20866)
Havr – Lion 3:1
Lyoris, 18. Sabbi, 50. Operi, 62 – Lakazett, 18. (23146)
1. PSJ 18 13 4 1 44-14 43
2. Nitsa 18 10 5 3 19-11 35
3. Brest 18 10 4 4 27-15 34
4. Monako 18 10 3 5 34-25 33
5. Lill 18 8 7 3 24-14 31
6. Reyms 18 9 2 7 25-24 29
7. Marsel 18 7 7 4 26-19 28
8. Lans 18 7 5 6 21-19 26
9. Strasbur 18 6 6 6 19-23 24
10. Renn 18 5 7 6 25-22 22
11. Havr 18 5 7 6 19-20 22
12. Monpelye 18 4 7 7 19-23 18
13. Nant 18 5 3 10 20-30 18
14. Tuluza 18 3 8 7 16-23 17
15. Mets 18 4 4 10 16-28 16
16. Lion 18 4 4 10 17-30 16
17. Klermon 18 3 5 10 13-27 14
18. Loryan 18 2 6 10 21-38 12
Bombardirlər: K.Mbappe (PSJ) – 19, Ben Yedder (Monako) – 9, Lakazett (Lion) - 8, Adams (Monpelye) – 7.
Növbəti turun oyunları yanvarın 26-28-i aralığında keçiriləcək: Lion – Renn, Nitsa – Mets, Marsel – Monako, Monpelye – Lill, Loryan – Havr, Klermon – Strasbur, Reyms – Nant, Tuluza – Lans, PSJ – Brest.
Turun rəqəmi
100 – “Nant” məğlubiyyətləri sıraladıqca Joslen Qurvennekin məşqçi statistikası da korlanır. Liqa 1-də baş məşqçi kimi 241-ci oyuna çıxan mütəxəssis 100-cü məğlubiyyətlə barışdı. Qurvennek bu çempionatda 2011-ci ilin fevralından bəri 100-cü məğlubiyyət həddinə ən tez çatan mütəxəssis oldu. Laslo Beleni həmin vaxt 237-ci oyunda 100-cü məğlubiyyətə üzülmüşdü.
Turun ulduzu
Kilian Mbappe (PSJ) – Barkolaya məhsuldar ötürmə ilə qələbənin təməlini qoydu, son dəqiqələrdə özü də fərqləndi. Ənənəvi yüksək səviyyəli oyununu göstərdi. Bombardirlər cədvəlindəki ən yaxın izləyicisindən 10 top irəlidə olan Kilianı Fransada saxlamaq get-gedə çətinləşəcək.
Turun sitatı
Cennaro Qattuzo, “Marsel”in baş məşqçisi: “Bu, mənim günahımdı. Bəlkə də mən yetərincə yaxşı deyildim. Əməllicə qıcıqlanıram. İkinci hissədə hədsiz çox müdafiə olunduq və 92-ci dəqiqədə bunun əvəzini ödədik. Hələ də dəyişə bilmədiyim şeylər var. Kondoqbianın zədəsi? Cümə axşamı məşqdə zədə aldı, 5-ci gün səhər isə dedi ki, ağrılara baxmayaraq oynayacaq. Oyundan sonra da həkimlərlə danışdım, müayinə olunmalıdı”.
LİQA 2
20-ci tur: Sent-Etyen – Laval 0:0, Bastiya – Anje 2:0, Kan – Konkarno 1:0, Qrenobl – Dyunkerk 2:2, Paris – Annesi 2:1, Keviyi – Genqam 0:1, Rodez – Pau 2:1, Trua – Ayaçço 3:1, Valensyenn – Amyen 0:1, Oser – Bordo ???.
1. Anje 20 12 4 4 33-18 40
2. Oser 19 11 5 3 40-20 38
3. Qrenobl 20 9 8 3 27-19 35
4. Laval 20 10 5 5 21-17 35
5. Pau 20 8 7 5 34-32 31
6. Genqam 20 8 6 6 25-17 30
7. Rodez 20 8 6 6 32-29 30
8. Paris 20 9 3 8 25-23 30
9. Ayaçço 20 8 6 6 21-21 30
10. Kan 20 8 5 7 28-25 29
11. Sent-Etyen 20 8 5 7 20-20 29
12. Amyen 20 7 7 6 17-20 28
13. Bastiya 20 6 6 8 23-23 24
14. Trua 20 5 8 7 24-25 23
15. Bordo (-1) 19 6 5 8 20-25 22
16. Konkarno 20 6 4 10 18-27 22
17. Annesi 20 4 7 9 22-29 19
18. Keviyi 20 3 8 9 25-30 17
19. Dyunkerk 20 3 5 12 15-34 14
20. Valensyenn 20 1 8 11 11-27 11
Bombardir: Mendi (Kan) - 13.
PSJ ən yaxın izləyicisindən 8 xal uzaqlaşdı
Dünya futbolu




