• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

ÇL iştirakçısı ardıcıl 7-ci oyunda uduzdu! – TURUN ŞƏRHİ

Çempionlar Liqası

11-10-2023, 18:0

Hesabat turu cümə günü Münhenqladbaxda start götürdü. Məhsuldar bərabərliklə yekunlaşan matçda “Borussiya” evdə, “Maynts-05” isə səfərdə ilk xalını qazandı.

“Union” heç cür pxisoloji quyudan çıxa bilmir. Vəziyyət düzəlmək əvəzinə turdan-tura daha da pisləşir. Çox güman, bu ortabab komanda ÇL-ə vəsiqə qazandığına görə peşmandı. Çünki məğlubiyyətlər bir-birini əvəz edir. Dortmund səfərində “Union” gözlənilmədən fasiləyə üstün yollandı. Penalti zamanı topun başına keçən Bonuççi 36 yaş 159 günlüyündə fərqlənməklə son 21 ildə bundesliqada ilk qolunu ən gec yaşda vuran futbolçu oldu! 2002-də Karsten Linke “Hannover-96”nın heyətində bundesliqada ilk qolunu 37 yaş 2 günlüyündə vurmuşdu. Bonuççi eyni zamanda bundesliqa tarixində qol vuran ən yaşlı italiyalıdı. Fasilədən sonra isə “Borussiya” rəqibinə yerini göstərərək bundesliqadakı məğlubiyyətsiz seriyanı 15 oyuna çatdırdı. Paytaxt təmsilçisi “Siqnal Iduna Park”da keçirdiyi 7-ci rəsmi oyundan da məğlubiyyətlə ayrıldı. “Union” bundesliqada 5-ci, rəsmi oyunlarda ardıcıl 7-ci məğlubiyyətlə üzləşdi. ÇL iştirakçısı üçün çox acınacaqlı bir göstəricidi. Ardıcıl 7 məğlubiyyət ümumiyyətlə bu klubun son 19 ildəki ən bərbad seriyasıdı. “Leyptsiq” üçün martdakı ssenari təkrarlandı. 7 ay öncə “öküzlər” ÇL-də “Mançester Siti”yə 0:7 hesablı məğlubiyyətdən sonra özünə gələ bilməyərək səfərdə “Bohum”a minimal hesabla uduzmuşdular. Bu dəfə də “Leyptsiq” ÇL-də “Siti”yə uduzandan sonra “Bohum”la bacara bilmədi. Hərçənd bu dəfə, heç olmasa, 1 xal qazanmaq mümkün oldu. “Ştutqart” futbol ictimaiyyətini yaxşı mənada təəccübləndirməkdə davam edir. Şvabiyalıların budəfəki qurbanı “Volfsburq” oldu. 7 tura 18 xal klub tarixinin yeni rekordudu. “Ştutqart”ın ardıcıl 5-ci turda ən azı 2 top fərqi ilə qalib gəlməsi də diqqəti çəkir. Eynilə şvabiyalılar kimi leverkuzenlıilər də tarixinin ən uğurlu startını reallaşdırıb. Özü də tək xal hesabında yox, məhsuldarlıq baxımından da. Xabi Alonsonun komandası “Köln”lə ev oyununda ciddi problem yaşamadı. “Bayer-04” bu mövsüm keçirdiyi 10 rəsmi oyunun heç birində uduzmayıb (9 qələbə, 1 heç-heçə). “Bavariya” isə Komanın dubl etdiyi oyunda “Frayburq”a heç bir şans vermədi. Keyn fərqlənə bilməsə də, hesabına məhsuldar ötürmə yazdı. Münhen nəhənginin bundesliqa çərçivəsində bu rəqibə qarşı evdə keçirdiyi 24-cü oyunda da uduzmadığını bildirək (21 qələbə, 3 heç-heçə).

7-ci tur
Bavariya – Frayburq 3:0
Koman, 12; 85. Sane, 25. (75000)
Bavariya: Ulrayx, Mazraui, Upamekano (Laymer, 77), Kim Min Çje, Devis, Kimmix, Qoretska, Sané, Müller (Musiala, 72), Koman, Keyn (Tel, 72).
Frayburq: Atubolu, Sildilliya, Linhart, Qulde, Şallai (Breyniq, 84), Röl (Filipp, 46), Eqqeştayn (Rüdlin, 84), Kübler, Dōan (Vaysshaupt, 68), Qrifo, Höler (Adamu, 68).
Borussiya D – Union 4:2
Füllkruq, 8. Şlotterbek, 49. Brandt, 53. Ryuyerson, 71 – Qosens, 9. Bonuççi, 31-p. (81365)
Borussiya: Kobel, Ryuyerson, Şlotterbek, Hummels (Zyule, 73), Volf, Əmrə Can, F.Nmeça, Malen (Reyna, 64), Roys (Salih Özcan, 83), Bayno-Gittens (Brandt, 46), Füllkruq (Alle, 83).
Union: Rönnov, Trimmel (Russiyon, 68), Duxi, Bonuççi, Leyte, Qosens, Král (Tuzar, 20), Layduni (Aaronson, 55), Haberer, Berens (Folland, 68), Bekker, (Fofana 68').
Leyptsiq – Bohum 0:0
(44269)
Leyptsiq: Blasvix, Simakan, Klostermann, Lukeba, Raum, Baumqartner (Forsberq, 57), Simons (Verner, 78), Kamp, Şlager (Karvalyo, 78), Openda (Aydara, 78), Şeşko (Poulsen, 57).
Bayer-04 – Köln 3:0
Hofmann, 22. Frimponq, 32. Bonifas, 67. (30210)
Bayer-04: Qrádetski, Kossunu, Ta, Tapsoba (İnkapye, 71), Frimponq (Tella, 81), Palasios, Caka, Qrimaldo, Hofmann (Puerta, 88), Virts (Adli, 71), Bonifas (Hlojek, 81).
Ayntraxt F – Haydenhaym 2:0
Larsson, 39. Knauff, 72. (50000)
Ayntraxt: Trapp, Buta, Tuta, Kox, Paço, Maks (Nkunku, 78), Skiri, Larsson (Hasebe, 90), Çaibi (Smolçiç, 90), Marmuş (Ferri, 67), Nqankam (Knauff, 67).
Ştutqart – Volfsburq 3:1
Girassi, 67-p.; 78; 82 – Gerhardt, 34. (52000)
Verder – Hoffenhaym 2:3
Şmid, 17. Staqe, 90+1 – Bayer, 8. Prömel, 29. Bülter, 90+2. (41000)

Borussiya M – Maynts-05 2:2
Noyhayus, 22. Skalli, 88 – Qruda, 24. Barkok, 75. (51529)
Auqsburq – Darmştadt 1:2
Demiroviç, 86 – Skarke, 52. Kempe, 70-p.
1. Bayer-04 7 6 1 0 23-6 19
2. Ştutqart 7 6 0 1 22-8 18
3. Bavariya 7 5 2 0 23-6 17
4. Borussiya D 7 5 2 0 16-8 17
5. Hoffenhaym 7 5 0 2 16-11 15
6. Leyptsiq 7 4 2 1 16-6 14
7. Volfsburq 7 4 0 3 10-9 12
8. Ayntraxt F 7 2 4 1 6-5 10
9. Frayburq 7 3 1 3 7-13 10
10. Haydenhaym 7 2 1 4 10-15 7
11. Darmştadt 7 2 1 4 12-19 7
12. Borussiya M 7 1 3 3 13-16 6
13. Union 7 2 0 5 11-14 6
14. Verder 7 2 0 5 12-17 6
15. Auqsburq 7 1 2 4 10-17 5
16. Bohum 7 0 4 3 5-19 4
17. Maynts-05 7 0 2 5 6-19 2
18. Köln 7 0 1 6 4-14 1
Bombardirlər: Girassi (Ştutqart) – 13, Keyn (Bavariya) – 8, Vind (Volfsburq), Bonifas (Bayer-04) – 7.
Növbəti turun oyunları oktyabrın 20-22-si aralığında keçiriləcək: Borussiya D – Verder, Union – Ştutqart, Frayburq – Bohum, Volfsburq – Bayer-04, Maynts-05 – Bavariya, Darmştadt – Leyptsiq, Hoffenhaym - Ayntraxt F, Köln - Borussiya M, Haydenhaym – Auqsburq.

Turun rəqəmi
322 – həftəiçi Çempionlar Liqasında qələbə sayında 2-ci pilləyə yüksələn Tomas Müller indi də bundesliqada qələbə sayında rekordu təkrarladı. “Frayburq”la qarşılaşmada o, bundesliqada 322-ci qələbəsini qazanmaqla komanda yoldaşı Manuel Noyerə məxsus rekordu təkrarladı. Amma Müller 322 qələbə həddinə 448-ci oyunda çatdısa, Noyer 478-ci oyunda çatmışdı. Maraq üçün xatırladaq ki, Noyer zədə üzündən ötən ilin dekabrından bəri meydana çıxmır.

Turun ulduzu
Seru Girassi (Ştutqart) – 27 yaşlı fransalı forvard sanki bu mövsüm real futbol yox, “play station” oynayır və onun gücünü kimsə süni şəkildə artırıb. Çünki bu mövsümə qədər ortabab forvard sayılan, “transfermarkt”də hazırki dəyəri yalnız 14 milyon avro olan Girassi cari “futbol ili”ndə ağlasığmaz, hətta izaholunmaz məhsuldarlıq sərgiləyir. “Volfsburq”a qarşı 2-ci hissədə 16 dəqiqəyə het-trik futbolçu 7 tura vurduğu qolların sayını 13-ə (!) çatdırdı. Halbuki o, ötən mövsüm bundesliqada 22 oyunda yalnız 11 qol vurmuşdu. Bu fenomenal performansla Girassi adını bundesliqa tarixinə yazdırdı. Belə ki, indiyə qədər ilk 7 tura bu qədər qol vuran olmamışdı. Əvvəlki rekord 2020/21-də 7 tura 11 dəfə fərqlənən Levandovskiyə məxsus idi. Leva həmin mövsümü 41 qolla tamamlayaraq Herd Müllerin “əbədi” rekordunu yeniləmişdi.

Turun sitatı
Uli Höness, “Bavariya”nın fəxri prezidenti: “Etiraf edim ki, ötən mövsümün sonuna yaxın Yulian Naqelsmannın qovulması çox da məntiqli addım deyildi. Bu qərarı mən vermədim, klub verdi. Ümumiyyətlə, Oliver Kanın “Bavariya”nın baş direktoru vəzifəsinə gətirilməsi əvvəlcədən yanlış addım idi. Kan işinin öhdəsindən gələ bilmədi. Mən bunu anlayan kimi Rummenigge ilə birlikdə vəziyyəti düzəltməyə başladıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

17-05-2023, 21:0

“Bavariya” və “Borussiya” rəqiblərini “kötəklədi” - TURUN ŞƏRHİ

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

27-09-2023, 18:0

“Bavariya” yenə “Bohum”u 7 yerə parçaladı - TURUN ŞƏRHİ

Dünya futbolu

4-10-2023, 18:0

“Bavariya” yenə “Leyptsiq” ilə bacarmadı – TURUN ŞƏRHİ

Dünya futbolu

12-04-2023, 21:0

Terziç “Borussiya”da yeni rekordçu oldu – ŞƏRH

Aktual
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Son xəbərlər
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etdiyimiz qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Dünən, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Dünən, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Dünən, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Dünən, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Dünən, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Dünən, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Dünən, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Dünən, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Dünən, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Dünən, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Dünən, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Dünən, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Dünən, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Dünən, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Dünən, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Dünən, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Dünən, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • 27-07-2026, 23:0
    Leverkuzenə qayıtmayacaq
  • 27-07-2026, 22:0
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • 27-07-2026, 22:0
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • 27-07-2026, 21:0
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • 27-07-2026, 21:0
    İngiltərə futbolunda böyük itki
  • 27-07-2026, 20:0
    "İmişli" anqolalı oyunçu transfer etdi
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 108
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 104
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə