Final oyununu onlar da buraxacaqlar

20.02.2024 20:21 153
Dünya futbolu
“Liverpul”un daha iki oyunçusu sıradan çıxıb.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi Kertis Cons və hücumçu Dioqo Jota “Çelsi” ilə İngiltərə Liqa Kubokunun final oyununda iştirak edə bilməyəcəklər. Buna səbəb onların zədələnməsidi. Daha əvvəl mersisaydlıların iki aparıcı futbolçusunun - Trent Aleksander-Arnold və Dominik Soboslainin turnirin həlledici matçını buraxacaqları məlum olmuşdu.

“Çelsi” – “Liverpul” oyunu fevralın 25-də keçiriləcək.