Salah "Çelsi"ilə oyunu erkən tərk etdi

14.05.2022 21:10 439
Dünya futbolu
"Liverpul"un futbolçusu Məhəmməd Salah İngiltərə kubokunun finalında hazırda davam edən "Çelsi" ilə matçda zədələnib.

"Football-plus.az" xəbər verir ki, sağ ayağından problem yaşayan misirli hücumçu 33-cü dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb. Onu, Dioqo Jota əvəzləyib.

Hazırda 2-ci hissəsi oynanılan görüşdə hesab açılmayıb.

Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasının finalında mayın 28-i "Real"la qarşılaşacaq.