Trent Aleksander-Arnoldun son durumu açıqlanıb.
“Liverpul”un müdafiəçisi qeyri-müəyyən müddətə sıradan çıxıb. İngiltərə mənbələrinin yaydığı xəbərə görə, Trent fevralın 4-də İngiltərə kuboku matçından əvvəlki məşq zamanı dizindən aldığı zədəni ağırlaşdırıb. O, bu səbəbdən Liqa Kubokunun fevralın 25-də “Uembli”də keçiriləcək “Çelsi” ilə finalını buraxacaq.
Aleksander-Arnold bu mövsüm 25 oyuna çıxıb, 2 qol vurub və 9 məhsuldar ötürmə edib.