"Liverpul"da zədə seriyası davam edir.
Football-plus.az xəbər verir ki, kolumbiyalı cinah oyunçusu Luis Diaşın ardından müdafiəçilər Trent Aleksander-Arnold və Coel Matip sıradan çıxıb. Onların iki həftə yaşıl meydanlardan kənar qalacağı gözlənilir.
Adları çəkilən futbolçulardan başqa Artur, Nabi Keyta, Aleks Oksleyd-Çemberleyn, Endryu Robertson və Kertis Cons da zədəlidi.