• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” xal itirdi, “Barsa” əziyyət çəkdi, “Atletiko” darmadağın etdi

Dünya futbolu

20-02-2024, 19:0

La Liqada hesabat turu nəhənglərin fərqli nəticələri ilə əlamətdar oldu.

"Football-plus.az" xəbər verir ki, “Real”ın xal itirməsindən yararlanan “Barselona” əzəli rəqiblə fərqi 8-ə endirdi. Hərçənd kataloniyalıların da asan qələbə qazandığını söyləmək olmaz. Bu iki nəhəngin nəticəsi fonunda “Atletiko”nun ortabablardan “Las-Palmas”ı darmadağın etməsi diqqəti çəkdi.
Kadr problemləri və Çempionlar Liqasının dönüşü, nəhayət, “Real”ın oyununa təsir göstərdi. “Ağ şimşəklər” “Rayo Valyekano” ilə oyuna günrah başladı və yetərincə tez hesabı açdı. Meydan sahibləri dözdü, dözdü və nahəyat, penati qazandıı. Cavab qolu onları ruhlandırdı, oyunun axarı fərqli xarakter aldı. Rəqib hərəkətliliyi artırdı, hücuma hücumla cavab verməyə başladı. İlk yarının sonu qarşılıqlı hücumlar şəraitində keçdi. 2-ci hissə baxımlılıq mənasında birinciyə uduzdu. “Rayo Valyekano” uğuru inkişaf etdirə bilmədi, yalnız qonaqların fəallaşmaq cəhdlərinə mane oldu. Bu isə uğurlu alındı. Sanki “Real”ın oyunçularında güc və təravət çatışmırdı. Qonaqlar rəqib qapısına yaxınlaşanda kreativlik və sürət kimi amillər gözə dəymirdi. Elə belə mübarizə fonunda da oyun bitdi, “Real” son aylardakı ən zəif oyununu göstərdi.

“Barselona” çempionatın son dörd turunda 3-cü qələbəsini qazansa da, oyunu yenə suallar doğurdu. Xavinin komandasının qələbə layiq olduğunu demək çətindi. Kataloniyalılar Viqoda ciddi müqavimətlə üzləşdi. Komandalar debütdə təhlükəli vəziyyətlərlə yadda qaldı. “Barsa” topla daha çox vaxt keçirsə də, irəlidə təhlükə yarada bilmirdi. Hər halda, qonaqların səviyyəsi fasilə ərəfəsində özünü göstərdi. Levandovski uzaq küncə elə zərbə vurdu ki, qapıçının topu qaytarması mümkünsüz idi. Ancaq 2-ci hissə başlayan kimi Aspas hesabı bərabərləşdirdi. Əslində bu epizodda meydan sahiblərinin bəxti gətirdi. Top Kundedən səkməsəydi, Ter Ştegen zərbənin qarşısını alacaqdı. Oyun qarşılıqlı hücumlar şəraitində davam etsə də, qol vəziyyətləri az idi. Hər iki komandaya hücumda nəsə çatmırdı. Adama elə gəlirdi ki, kataloniyalılar fikrən artıq “Napoli” ilə oyundadı. “Dişsiz” hücumları davam etdirən qonaqlar sonda qələbəni qopardı. 3-cü uzatma dəqiqəsində rəqibin cərimə meydançasında top uğrunda mübarizə aparan Yamal penalti qazandı. Levandovski dəqiq olmasa da, qapıçı xərdən irəli çıxdığından zərbə təkrarlandı. Polşalı hücumçu bu dəfə yanılmadı. Vacib qələbə qazanan “Barsa” indi “Napoli” ilə oyuna rahat hazırlaşa bilər.

Son iki çempionat oyununda qələbəyə həsrət qalan “Atletiko” bütün acığını “Las-Palmas”dan çıxdı. Lyorente ilk 20 dəqiqədə iki qol vurdu. Fasilədən sonra da “kötəkləmə” davam etdi. Bu dəfə dubl etmək növbəsi Korreaya çatdı. Sonda Depay da darmadağına töhfə verdi. “Hindular” bu qələbə ilə ilk “4-lük”dəki yerini qorudu. 5-ci pillədə qərarlaşan “Atletik” dünən axşam “Jirona”nı qəbul etdi və qalib gəldi.

6-cı yer isə “əl dəyişdi”. “Real Sosyedad” bütün turnirlərdə keçirdiyi son 5 oyunda nəinki qələbə qazana, heç qol da vura bilməmişdi. Alquasilin komandası axır ki bu seriyaya son qoydu. Hesabat turunun oyunu da basklar üçün asan olmadı. Artıq 4-cü dəqiqədə “Malyorka” hesabı açdı. Top autdan oyuna daxil ediləndən sonra Sançes dəqiq zərbə vurdu. “Real Sosyedad” hələ ilk yarıda Kubonun sayəsində hesabı bərabərləşdirdi. Fasilə ərəfəsində kapitan Railyo ardıcıl iki sarı vərəqə almaqla balearlıları azlıqda qoydu və baskların işini asanlaşdırdı. Təzyiqi get-gedə artıran “Real Sosyedad” yalnız uzatma dəqiqələrində qol istəyinə çatdı. Merino başla yaxın aşağı küncə dəqiq zərbə vurdu. Basklar bu qələbə sayəsində 6-cı pilləyə yüksəldi, çempionatda 10-cu məğlubiyyətlə üzləşən “Malyorka” isə hələ ki təhlükəli zonadan uzaqdadı.

“Real Sosyedad” 6-cı pilləyə yüksəlməyə bilərdi, sadəcə, “Betis” evdə ortabablardan “Alaves”in müqavimətini heç cür qıra bilmədi. Turun qalan oyunlarına gəlincə, yaxşı günlərindən çox uzaq düşən “Vilyarreal” “Xetafe” ilə heç-heçə etdi, “Osasuna”ya uduzan “Kadis” aşağı dəstəyə bir qədər də yaxınlaşdı, “Valensiya” “Sevilya” oyununda heç bir tərəfi razı salmayan heç-heçə qeydə alındı, “böyük beşliy”in ən zəif komandası “Almeriya” “Qranada” ilə oyunda da qələbə hesabını aça bilmədi.

25-ci tur
Rayo Valyekano – Real 1:1
De Tomas, 27-p. – Xoselu, 3. (14354)
Real: Lunin, F.Qarsiya, Çuameni, Naço, Vaskes (Karvaxal, 75), Dias (Rodriqo, 70), Kamavinqa (Kroos, 70), Valverde, Modriç (Gülər, 87), Vinisius, Xoselu.
Selta – Barselona 1:2
Aspas, 47 – Levandovski, 45; 90+7-p. (23096)
Barselona: Ter Ştegen, Kanselo, Kubarsi, Arauxo (Martines, 46), Kunde, Pedri (Lopes, 75), Kristensen (Gündoğan, 58), De Yonq, Roke (Rafinya, 58), Yamal (Romeu, 90+9), Levandovski.
Malyorka – Real Sosyedad 1:2
Sançes, 4 – Kubo, 38. Merino, 90+3. (18153)
Real Sosyedad: Remiro, Qalan, Le Norman, Subeldiya (Paçeko, 64), Traore, Merino, Subimendi, Mendes (Turryentes, 73), Zaxaryan (Barreneçea, 64), Kubo, Sadik (Silva, 65).
Atletiko – Las-Palmas 5:0
Lyorente, 15; 20. Korrea, 47; 62-p. Depay, 87. (61196)
Atletiko: Oblak, Lino (Rikelme, 63), Mandava, Ximenes, Saviç, Molina (Vitsel, 63), Barrios (Vermeren, 71), Koke (De Paul, 63), Saul, Korrea, Lyorente (Depay, 63).
Vilyarreal – Xetafe 1:1
Moreno, 56 – Maksimoviç, 24. (16869)
Osasuna – Kadis 2:0
Budimir, 63; 90+1. (19525)
Valensiya – Sevilya 0:0
(44506)
Qranada – Almeriya 1:1
Uzuni, 75 – Pubil, 9. (18756)
Betis – Alaves 0:0
(43514)
Atletik – Jirona 3:2
Berenger, 2; 56. İ.Uilyams, 60 – Sıqankov, 49. E.Qarsiya, 75. (46220)
1. Real 25 19 5 1 53-16 62
2. Jirona 25 17 5 3 54-32 56
3. Barselona 25 16 6 3 52-34 54
4. Atletiko 25 16 3 6 50-26 51
5. Atletik 25 14 7 4 45-23 49
6. Real Sosyedad 25 10 10 5 34-23 40
7. Betis 25 9 12 4 28-25 39
8. Valensiya 25 10 6 9 29-29 36
9. Las-Palmas 25 10 5 10 25-25 35
10. Xetafe 25 8 10 7 33-34 34
11. Osasuna 25 9 5 11 29-36 32
12. Alaves 25 7 7 11 24-31 28
13. Vilyarreal 25 6 8 11 35-47 26
14. Rayo Valyekano 25 5 10 10 22-33 25
15. Sevilya 25 5 9 11 30-37 24
16. Malyorka 25 4 11 10 22-33 23
17. Selta 25 4 8 13 27-37 20
18. Kadis 25 2 11 12 15-35 17
19. Qranada 25 2 8 15 27-49 14
20. Almeriya 25 0 8 17 23-52 8
Bombardirlər: Bellingem (Real) – 16, Mayoral (Xetafe) – 15, Dovbik (Jirona) – 14, Morata (Atletiko), Budimir (Osasuna) - 13.
Növbəti turun oyunları yanvarın fevralın 23-26-sı aralığında keçiriləcək: Real Sosyedad – Vilyarreal, Qranada – Valensiya, Barselona – Xetafe, Alaves – Malyorka, Almeriya – Atletiko, Kadis – Selta, Betis – Atletik, Las-Palmas – Osasuna, Real – Sevilya, Jirona – Rayo Valyekano.

Turun rəqəmi
50 – Levandovski “Barsa”nın heyətində keçirdiyi 79-cu oyunda qol sayını bu həddə çatdırdı və Anrini arxada qoydu (121 oyunda 49 qol).

Turun ulduzu
Lamin Yamal (Barselona) – Levandovskinin dubl etdiyini nəzərə alsaq, bəlkə də bu seçim sizə qəribə görünəcək. İş ondadı ki, məhz 17 yaşlı hücumçu komandasının hər iki qolunu təşkil etdi. O, ilk yarıda polşalı oyundaşına məhsuldar ötürmə verdi, uzatma dəqiqələrində isə penalti qazandı.

Turun sitatı
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Penaltiyə qədər hər şeyi yaxşı etdik. Penaltidən sonra oyun dəyişdi. Bu heç-heçə bizi sevindirmədi, ancaq yola davam etməliyik. Sakitləşməli və növbəti oyuna hazırlaşmalıyıq. Qələbə hər oyunda lazımdı. Ancaq La Liqada çempion olmaq üçün həm də uda bilmədiyiz oyunlarda uduzmamalısız”.

Faktlar
* “Sevilya”nın müdafiəçisi Serxio Ramos La Liqada 523-cü oyununu keçirdi. O, bu göstəricidə Manuel Sançesə çatdı, müdafiəçilər üçün olan rekordu təkrarladı.
* “Real” cari mövsümün heç bir oyununda “Rayo Valyekano”nu məğlub edə bilmədi (1:1, 0:0). “Rayo Valyekano” tarixində 2-ci dəfə mövsümün hər iki oyununda Madrid nəhəngindən xal aldı. İlk belə hal 1992/93 mövsümündə yaşanıb. Onda “Rayo” qalib gəlib və heç-heçə edib. Ümumiyyətlə, “Real” bu komanda ilə keçirdiyi son 4 oyunun yalnız birində qalib gəlib (2 heç-heçə, 1 məğlubiyyət).
* “Real” La Liqada 19 oyundu uduzmur, bu isə Ançelotti dönəmində rekorddu. Komanda bu müddətdə 14 qələbə qazanıb, daha 5 oyunda heç-heçə edib.
* “Barselona” La Liqa oyunlarının son 10 dəqiqəsində vurduğu qollar hesabına 19 xal qazanıb. Komandanın hesabında 54 xal var.
* Yaqo Aspas 21-ci əsrdə La Liqada “Barselona”nın qapısına hamıdan çox qol vurub. “Selta”nın hücumçusu karyerası boyunca kataloniyalıların qapısından 11 qol keçirib. Onun ən yaxın izləyiciləri Dieqo Forlanla (10) Kriştiano Ronaldodu (9).
* “Barselona” 1998/99 mövsümündən bəri “Selta” ilə səfər oyununda hesabı açdığı halların hər birində xal qazanıb.
* “Almeriya” La Liqa çərçivəsində keçirdiyi son 28 oyunun heç birində qələbə qazana bilməyib (10 heç-heçə, 18 məğlubiyyət). Bu, turnirin tarixində ən uzun qələbəsiz oyunlar seriyasıdı.
* “Osasuna” La Liqada “Kadis”ə qarşı keçirdiyi son 18 oyunun heç birində məğlub olmayıb (12 qələbə, 6 heç-heçə).

Reaksiyalar
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Məndə belə hissiyyat var ki, meydanın rəqibə aid hissəsinə çatana qədər yaxşı oynadıq. Artıq orda dəqiq hərəkətlər edə, sonuncu ötürməni verə bilmirdik. Dominantlıq etdiyimizə görə şadam, ona görə ki, bu meydanda oynamaq çətindi. Qələbə qazanmaq üçün bütün gücümüzü qoyduq. Əzab-əziyyət çəksək də, nəticə sevindiricidi. İşə münasibət, fədakarlıq, fəallıq ən yüksək səviyyədə idi. Getmək qərarımı açıqlayandan sonra 12 mümkün xaldan onunu toplamışıq. Düşünürəm ki, mənim qərarım komandanın yaxşılığına xidmət etdi. Komandam irəliyə doğru daha bir addım atdı. 3 xaldan razıyam, qızıl qiymətindədi. “Selta”nın vurdu qol konsentrasiyanı itirməyimizin nəticəsidi. Rəqibin hücum xəttində ağıllı futbolçular çıxış edir. Qol epizodunda heç də yaxşı müdafiə olunmadıq. Ancaq ümumilikdə yaxşı oyun keçirdik. Qol buraxmamağa çalışmalı, qapımızın toxunulmazlığını qorumalıyıq. Artıq La Liqadan qopmağın və Çempionlar Liqası haqda düşünməyin vaxtıdı. Bütün komanda kimi, Levandovski də yüklənib. Artıq xeyli çox oyun keçirmişik. Komanda ətrafındakı söz-söhbət də başqa məsələdi, ancaq vahid komandayıq. Bu gün ümumilikdə “Barsa”nın ifasında yaxşı oyun gördük. Levandovskinin məhsuldarlığı ona görə artıb ki, indi mövqe seçimi daha yaxşıdı. Bu gün Robert bir hərəkətlə ona qarşı pressinq etməyən müdafiəçini aradan götürdü. Robert yaxşı oynamağa başlayıb, ötürmələr də verir. Ona görə sevinirəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

20-12-2023, 23:0

“Barsa”nın böhranı davam edir, “Real” fərqi artırır – TURUN ŞƏRHİ

Dünya futbolu

15-11-2023, 22:0

“Real” darmadağın etdi, qalan liderlər də qələbə qazandı – TURUN ŞƏRHİ

Dünya futbolu

2-05-2022, 15:0

La Liqada əvəzləmədən sonra ən erkən qolu vurdu

Aktual
Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
Son xəbərlər
  • Bu gün, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Bu gün, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Bu gün, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 155
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə