La Liqanın “Rayo Valyekano” – “Real Sosyedad” oyunu Radamel Falkao üçün əlamətdar olub.
Zədə səbəbi ilə fevraldan meydana çıxa bilməyən futbolçu 77-ci dəqiqədə mübarizəyə qoşulandan 56 saniyə sonra qonaqların qapısına yol tapıb. 36 yaşlı futbolçu bu mövsüm La Liqada əvəzləmədən sonra ən erkən qolun müəllifi olub.
Kolumbiyalı hücumçunun qolu “Rayo Valyekano”nu məğlubiyyətdən qurtarıb – 1:1.