Tomas Tuxelin tezliklə istefaya göndəriləcəyi haqda xəbərlər əsassızdı.
“Bavariya” baş məşqçini mövsümün sonunadək komandadan qovmayacaq. Almaniya mənbələrinin məlumatına görə, komandanın bundesliqanın 21-ci turunda “Bayer-04”ə 0:3 hesabı ilə uduzması həm azarkeşləri, həm də rəhbərliyi çox məyus edib. Tuxel özü də futbolçuların onun tapşırıqlarını meydanda yerinə yetirməsindən narazı qalıb. Xəbərdə o da qeyd olunur ki, “Bavariya”nın heyətində və oyun taktikasında dəyişikliklər ediləcəyi gözlənilir.
Komanda hazırda Almaniya çempionatının turnir cədvəlində 50 xalla 2-ci yerdədi. “Bavariya”nın lider “Bayer-04”dən 5 xal geri qaldığını qeyd edək.