Tuxelin xələfi kim olacaq?

1.01.2024 15:15 855
Dünya futbolu
Xabi Alonso növbəti mövsümdən “Bayer-04”ü çalışdırmaya bilər.

"Football-plus.az" xəbər verir ki, onu “Bavariya” hədəfə alıb. Münhen klubunun rəhbərliyi Tomas Tuxelin yerində onu görmək istəyir. Amma bunun üçün Leverkuzen klubu ilə razılığa gəlmək tələb olunur.

Alonso 2022-ci ilin oktyabrından çalışdırdığı “Bayer-04” hazırda bundesliqada liderdi. Ehtiyatda bir oyunu olan “Bavariya” isə leverkuzenlilərdən 4 xal geri qalır.