Almaniyanın dəyişməz çempionu ciddi itkilərlə üzləşib.
“Bavariya”nın qapıçısı Manuel Noyer, müdafəçi Yozua Kimmix, yarımmüdafiəçi Leon Qoretska və hücumçu Tomas Müllerin koronavirus testi müsbət nəticə verib. Onlar komandadan uzaqlaşdırılıblar.
Qeyd edək ki, bütün futbolçular bundesliqanın “Bayer-04” ilə son oyununda (4:0) iştirak ediblər. Onların Çempionlar Liqasının Plzen “Viktoriya”sı ilə matçında iştirakı mümkün deyil. Çünki azı 5 gün karantində olmağa məcburdular.