La Liqada iki istefa

5.04.2023 19:15 275
Dünya futbolu
İspaniya çempionatının son turu iki mütəxəssis üçün ikiqat uğursuz alınıb. La Liqada iki istefa zərurətə çevrilib.

"Football-plus.az" xəbər verir ki, “Valyadolid” rəhbərliyi Xose Roxo Martini (Paçeta) istefaya göndərib. Bu qərar komandanın “Real”a 0:6 hesablı məğlubiyyətindən sonra verilib. Martin “Valyadolid”i 2021-ci ilin iyunundan çalışdırırdı. Komanda hazırda ölkə çempionatında 27 oyuna 28 xalla 16-cı yeri tutur.

“Espanyol” isə baş məşqçi Dieqo Martineslə yolları ayırıb. İspan mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndərilib. “Espanyol” hazırda La Liqada 27 turdan sonra 27 xalla 18-ci yerdədi.