“Auqsburq” baş məşqçi Enriko Maasenlə yolları ayırıb.
"Football-plus.az" xəbər verir ki, qərara komandanın uğursuz nəticələr göstərməsi səbəb olub. Maasen baş məşqçi vəzifəsinə 2022-ci ilin yayında təyinat almışdı. Komanda bu mövsüm onun rəhbərliyi altında bundesliqada keçirdiyi 7 matçda topladığı 5 xalla turir cədvəlində 15-ci pilləni tutur.