• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Çeferin 2027-ci ildə namizədliyini irəli sürməyəcək

Dünya futbolu

12-02-2024, 18:0

Fevralın 7-də Parisdə UEFA-nın İcraiyyə Komitəsinin (İK) iclası keçirilib. Fransanın paytaxtı ertəsi gün təşkilatın 48-ci konqresinə səhnə olub. Ayın 8-də Millətlər Liqasının (ML) 2024/25 mövsümünün püşkü də atılıb.

Çeferin istəyinə çatdı, lakin…
"Football-plus.az" xəbər verir ki, ötən il dekabrın ortalarında Aleksander Çeferinin UEFA-nın nizamnaməsində dəyişiklik etmək istədiyi məlum olmuşdu. Əksər mənbələr onun məqsədinin prezident kürsüsündə daha uzun müddət qalmaq olduğunu vurğulamışdı. Sloveniyalı funksionerin 2031-ci ilə qədər UEFA-nın prezidenti vəzifəsində çalışması üçün nizamnaməyə əl gəzdirməyi planlaşdırırdı. “Daily Mail” qəzeti Çeferin və onun müttəfiqlərinin bu plan üzərində uzun müddət çalışdıqlarını, onların dəyişiklikləri İK-nın dekabrın 2-də keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkatma mərasimindən əvvəlki iclasında rəsmən təklif edəcəklərini yazmışdı. Artıq bu iddia tamamilə təsdiqini tapmışdı. Buna etiraz edən Zvonmir Boban UEFA-nın futbol departamentinin rəhbəri vəzifəsindən getmişdi.

Qeyd edək ki, Çeferin 2016-cı ildən UEFA-nın prezidentidi. Onun səlahiyyət müddəti 2027-ci ildə başa çatmalıdı. Plana görə, onun ilk prezidentliyi üç ildən sonrakı seçkidə namizədliyini yenidən irəli sürməsi üçün nəzərə alınmaya bilərdi. Çeferin bunu mövcud qaydaya əsasən ardıcıl 3 deyil, 4-cü dəfə seçilməsi üçün reallaşdırmaq istəyirdi. Əsas səbəb kimi isə 2016-cı ildə korrupsiyada ittiham olunaraq vəzifəsindən azad edilən Mişel Platininin səlahiyyət müddətinin son iki il yarımlıq hissəsində prezidentlik etməsini göstərirdi. Başqa sözlə, soveniyalının ilk prezidentlik dövrü tam olaraq 4 ili əhatə etməyib.

Nəhayət, nizamnaməyə təklif olunan düzəliş Parisdə keçirilən 48-ci konqresdə səsverməyə çıxarılıb. UEFA-ya daxil olan milli federasiyalardan yalnız biri – İngiltərə təklifə mənfi səs verib, Ukrayna isə bitərəf qalıb. Başqa sözlə, 56 yaşlı Çeferinin planı böyük səs çoxluğu ilə baş tutub. Amma o, səsvermədən sonra qitə futbol ictimaiyyətini təəccübləndirən açıqlama verib: “2027-ci ildə namizədliyimi irəli sürməyəcəyəm. Son illər koronavirusun yaratdığı problemlərdən, Superliqa ilə bağlı əhvalatlardan və şəxsi ambisiyalarıma görə fəaliyyət göstərməyimlə bağlı ittihamlardan təngə gəlmişəm. Məni illərlə görməyən ailəm üçün darıxmışam”.

Maraqlı açıqlamadı, halbuki ardıcıl 4-cü dəfə prezident seçilmək imkanı vardı. Görəsən, Çeferin qarşıdakı illərdə fikrini dəyişməyəcək ki?..

ML-də ikincilərə də şans verildi
Əlbəttə, futbolsevərlərin əsas diqqəti ML-in növbəti mövsümünün püşkatmasına yönəlmişdi. Bəri başdan qeyd edək ki, turnirin formatında dəyişiklik edilib: yarış əlavə pley-off mərhələsi ilə genişləndirilib. 2024/25 mövsümündən həm A liqasında 4 qrupun qalibləri, həm də 2-ci yerləri tutan komandaların mübarizə aparacağı 1/4 final mərhələsinin təşkili qərara alınıb. Komandalar bu mərhələdə evdə və səfərdə olmaqla iki oyun keçirəcəklər. 1/4 final matçları 2025-ci ilin mart ayına təyin olunub. Qaliblər ML-in çempionunun müəyyənləşdiyi “Dördlər final”ına vəsiqə qazanacaqlar.
Liqalar arasındakı yerdəyişmələr qaydası da bir qədər dəyişib. A liqasında 3-cü yeri tutanlar B liqasının ikinciləri, B liqasında üçüncü olanlar isə C liqasının ikinciləri ilə aşağı diviziona düşməmək və ya əksinə, yuxarı liqaya qalxmaq uğrunda pley-off matçlarında qarşılaşacaqlar. A və B liqalarının dördüncüləri uyğun olaraq B və C liqalarına düşəcəklər. C liqasının iki ən zəif komandası isə növbəti mövsümdən D liqasında oynayacaq. B və C liqalarının hərəyə 4, həmçinin D liqasının 2 qalibi uyğun olaraq A, B və C liqalarına yüksələcək. C liqasında dördüncülər arasında ən yaxşı göstəriciyə malik iki komanda ilə D liqasında 2-ci yeri tutanlar arasında da pley-off oyunları nəzərdə tutulub.

Hələ bir il əvvəl qitədə Avropa və dünya çempionatının final mərhələsi üçün komandaların seçilməsi sisteminə də yenidən baxılmışdı. İK onda hər iki nəhəng turnirdə seçmə mərhələnin formatında dəyişiklik edilməsi haqda qərar qəbul etmişdi. Yeni formata əsasən, seçmə mərhələdə 4 və ya 5 komandadan ibarət 12 qrup yaradılacaq. 5 komandalı qruplarda mübarizə yığmaların ML-in pley-offundakı çıxışından asılı olaraq martda və ya iyunda başlayacaq. 4 komandalı qruplarda isə seçmə mərhələ sentyabrda start götürəcək. Hər bir qrupda seçmə turnir ikidövrəli sistemlə təşkil ediləcək. Qruplarda birinci yeri tutan komandalar Avropa və ya dünya çempionatına birbaşa vəsiqə qazanacaqlar. Qrup ikinciləri ya avtomatik olaraq final mərhələsinə yüksələcək, ya da pley-off mərhələsində iştirak edəcəklər (ML-dəkı uğurlu çıxışına görə Avropa çempionatında iştirak uğrunda pley-offa vəsiqə qazanan komandalarla birlikdə). Yeni format bu il Almaniyada təşkil ediləcək AÇ-2024-dən sonra - 2026-cı ilə təyin olunan dünya çempionatının seçmə mərhələsindən başlayaraq qüvvəyə minəcək.

Rusiya yığması yenə “ofsayd”da qaldı
Gözlənildiyi kimi, Rusiya yığması ML-in növbəti mövsümündə də iştirak etməyəcək. Şimal qonşumuz beynəlxalq futbol təşkilatlarından növbəti zərbə alıb. Bilindiyi kimi, FİFA və UEFA Rusiyanın Ukraynaya 2022-ci ilin fevralından başlayan hərbi müdaxiləsi səbəbindən bu ölkənin milli komanda və klublarının beynəlxalq qurumların bayrağı altında keçirilən yarışlarda iştirakına qeyri-müəyyən müddətə qədər qadağa qoyub. Məlum səbəbdən 2022-ci ildə ÇL-in final oyununun təşkilatçılıq hüququ Sank-Peterburq şəhərindən alınaraq Parisə verilmişdi. 2023-cü ildə isə İK Avropa Superkuboku oyununun keçiriləcəyi yeri dəyişmiş, yeganə matça evsahibliyi etmək hüququ Rusiyanın Kazan şəhərindən alınaraq Afinaya (Yunanıstan) verilmişdi.

Beləliklə, fevralın 8-də Parisdə ML-in 2024/25 mövsümünün püşkü atıldı. Bakı vaxtı ilə saat 21.00-da başlayan mərasimdə qitənin 54 komandasından biri kimi yığmamızın bu turnirdəki rəqibləri də müəyyənləşdi. C Liqasının 2-ci səbətinə düşən milli komandamızın potensial rəqibləri əvvəlcədən məlum idi. Azərbaycan 1-ci səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, 3-cü səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Cənubi Kipr, 4-cü səbətdən isə Belarus, Estoniya, Latviya və Litva - Cəbəllütariq cütünün qalibi olacaq komandalardan formalaşacaq qrupda yer alacaqdı. Qeyd edək ki, UEFA İK-nın qərarına əsasən, C liqasının 1-ci səbətində yer alan Ermənistan yığmamıza rəqib ola bilməzdi. Komandamız C liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparacaq. Bizim üçün kifayət qədər tanış rəqiblərdi. Püşkün diqqəti daha çox cəlb edən nəticəsi isə A liqasının 2-ci qrupuna İtaliya, Belçika və Fransa yığmalarının düşməsidi.

Əlavə edək ki, UEFA-nın növbəti konqresi 2025-ci il aprelin 3-də Belqradda (Serbiya) keçiriləcək. İK-nın növbəti iclası isə bu il mayın 22-də Lissabonda (Portuqaliya) təşkil ediləcək.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-12-2023, 17:0

Çeferin 2031-ci ilə qədər postunda qalmaq üçün…

Dünya futbolu

4-10-2022, 11:0

Çeferin yenə namizəd olacaq

Dünya futbolu

7-01-2023, 13:0

Çeferin yeganə namizəd olacaq

Dünya futbolu

3-10-2022, 22:0

Ceferin yenidən namizədliyini verməyə hazırlaşır

Dünya futbolu

28-01-2024, 15:0

UEFA-dakı vəzifəsini tərk etdi

Aktual
“Qarabağ” yoxlama oyunu keçirəcək?
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
Son xəbərlər
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 22:10
    “Qarabağ” yoxlama oyunu keçirəcək?
  • Dünən, 21:41
    "İmişli" "Sumqayıt"ı darmadağın etdi
  • Dünən, 21:10
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Dünən, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Dünən, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Dünən, 18:26
    Birmingemdən Londona yollandı
  • Dünən, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Dünən, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Dünən, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Dünən, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Dünən, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Dünən, 14:41
    “Dinamo”da kimlər var?
  • Dünən, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Dünən, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Dünən, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Dünən, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Dünən, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Dünən, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Dünən, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Dünən, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Dünən, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Dünən, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Dünən, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Dünən, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Dünən, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • 2-08-2026, 23:0
    Ramik yeni mövsümə qolla başladı!
  • 2-08-2026, 22:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 2-08-2026, 22:0
    Almaniyada klubunu dəyişdi
  • 2-08-2026, 21:0
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 177
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 162
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə