UEFA-dakı vəzifəsini tərk etdi

28.01.2024 15:20 185
Dünya futbolu
Zvonimir Boban UEFA-dakı vəzifəsini tərk edib. Xorvatiyalı funksioner bu qurumun direktoru postundan ayrılıb.

“Football-plus.az” xəbər verir ki, Boban, bu barədə özü məlumat yayıb. Boban UEFA-nın prezidenti Aleksander Çeferinlə fiki ayrılığına görə belə addım atıb. Xəbər verdiyimiz kimi, Çeferin 4-cü dəfə prezident seçilməsi (2031-ci ilədək) üçün UEFA-nın nizamnaməsində dəyişiklik edib. Boban isə onun bu addımına qarşı çıxıb. Tərəflər razılaşa bilmədikləri üçün xorvatiyalı vəzifəsini tərk edib.

Boban UEFA-nın direktoru vəzifəsində 2021-ci ildən çalışırdı. O, 2016-19-cu illərdə FİFA-nın baş katibinin müavini kimi fəaliyyət göstərib.