Məhəmməd Salahın klub karyerası ilə bağlı növbəti xəbər yayılıb.
“Football-plus.az” xəbər verir ki, “Liverpul” rəhbərliyi onunla müqaviləni yeniləməyi planlaşdırır. Yerli mənbələrin məlumatına görə, tərəflər sözləşmənin əsas detalları ilə bağlı praktiki olaraq razılığa gəliblər. Futbolçu hazırda Misir yığmasının düşərgəsindədi və Afrika Millətlər Kubokuna hazırlaşır. Salahın hazırkı müqaviləsinin müddəti 2025-ci ilin iyununa qədərdi.
Yeri gəlmişkən, Məhəmməd “Liverpul”da 2017-ci ilin yayından çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 27 oyun keçirib və 18 qol vurub.